Menu

“Balalarım bir-birinin paltarını geyirlər” - Hadı Rəcəbli

23.02.2019, 14:31
“Balalarım bir-birinin paltarını geyirlər” - Hadı Rəcəbli

“Mən həmişə hər yerdə uşaqların ailələrdə çox olmasının tərəfdarıyam. O zaman böyük qardaş balaca qardaşa kömək edir”.

Bu sözləri oxu.az-a müsahibəsində Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli deyib. O, qeyd edib ki, bir vaxtlar balaca qardaş böyük qardaşın paltarını geyinirdi: “İndi ailələrdə bu söhbəti salmaq olar? Deyir, necə yəni, mənim uşağım getsin sənin uşağının paltarını geyinsin, ola bilməz və sair. Ancaq mənim balalarım, nəvələrim, bu oğlumun uşağı o biri oğlumun uşağının paltarını geyir.

O qızımın uşağının paltarını bu biri qızımın uşağı geyinir. Bizim ailədə bu məsələyə pis baxılmır. Ailələr var ki, buna pis baxırlar. Amma hamı bir-birinin əlindən tutanda, problemlər də həll olunur”.

Şərhlər

Cümşüd 2019-02-23 14:31:19

Ay Hadı,uşaqların kimin paltarlarını geydiyini bilməsək də özünün gündə bir şeytanin paltarinda oldüğnu görürük.Çixart o paltarları kişi paltarı gey.

Azərbaycan vətəndaşı 2019-02-23 14:31:19

Təklif edirəm ki,Hadı Rəcəbliyə yardım fondu açılsın və kasıb Azərbaycanlılar o fonda pul köçürsünlər.Yoxsa bu kişinin vəziyyəti düzələn deyil.

Kərəm 2019-02-23 14:31:19

Hadı bu iqtidarın utanc yeri və güzgüsüdür.İnsan nə qədər...

Mehdi 2019-02-23 14:31:19

Bu kişi ağsaqqal kişidir saçına saqqalına yaraşmayan çıxışlar edir,danışır. Bu şərhlərdən,internetdə şərhlərdən, deyilənlərdən görmürmü ki, kasıb yoxsul insanlar ona və onun kimilərə necə nifrət edir. Yenə də ortalıqdan çıxmır.

səbiş 2019-02-23 14:31:19

Dünən Zərdab müəllimləri böyük toplantı keçirdilər.Toplantıda müəllimlər Yekdilliklə qərar qəbul etdilər ki, cinsindən asılı olmayaraq rayonun bütün müəlimləri iş vaxtından sonra gecə səhərə kimi tikintilərdə fəhləlik etsinlər və toplanan vəsaiti bu gözü doymayan ......göndərsinlər.Həm də qərara alındı ki, ölkənin bütün müəllimlərinin bu təşəbbüsə qoşulmaga çagırsinlar.Tək Zərdabla Hadını doyurmaq olmaz.Bir problem var ki, o da RİH başçısı Lütvəli babayev rayonu elə xaraba qoyub ki,heç bir tikinti getmir.

Qədirağa 2019-02-23 14:31:19

"SFERA.AZ" da dərc olunan - Buyurun, bu da ayda 180 manatla "dolanan" Hadı Rəcəblinin biznesi, sərvətləri:
1. "DNS" Komputers şirkəti ( 7 mağaza),2. Nizami küçəsində brend geyimlər mağazası (2 mağaza) 3. Sahil metrosunun yaxınlığında 3 ticarət obyekti (arendaya verib) 4. "Lənkəran" şadlıq sarayı
5. Lənkəranda YDM (yanacaqdoldurma məntəqəsi) 6. "Palıdlı sahil" istirahət mərkəzi 7. Lənkəranda istirahət-sağlamlıq sanatoriyası
8. "Palıdlı" Hotel 9. Lənkəranda univermaq, 5 mağaza
10. Bakı şəhəri H.Cavid prospektində 2 mənzil 11. Badamdarda villa
12. Lənkəranda villa
13. Lənkəranda hektarlarla torpaq sahələri
14. Novxanıda villa
15. Qızı bağçalar şəbəkəsinin sahibidir
16. Oğlu Tural biznesini idarə edir
17. Digər oğlu Vüsal Rəcəbli "Həyat" Beynəlxalq Humanitar Təşkilatının prezidentidir, milyonlarla dotasiyaları öz cibinə doldurub
18. Banklarda milyonlarla sığortalı pul kütləsi, əmanət
19. Digər qızı klinika rəhbəridir ( o da deputat gəlinidir)
20. Nizami küçəsində 4 otaqlı mənzil və saiur. Bu adam haqqında cinayət işi başlayıb araşdırma aparılmalı və bu sərvətləri hecə, haradan əldə etməsi araşdırılıb tədbir görülməlidir. Yəqin ki, bir azdan da prezident olmaq istəyəcək. Haramın olsun. Amin!

S.H. 2019-02-23 14:31:19

.... deyesen qulaqina ses deyib, ozunu Xalqin numayendesi kimi gosterir......

savalan 2019-02-23 14:31:19

Milli Məclisin deputatlarına müraciət edirəm! Cənablar, yığışın bu bədbəxtə bir-iki dəst paltar alın, bu yazıq hələ də atası pəhmətlik Musa kişinin paltarlarını geyinir.

TARİX 2019-02-23 14:31:19

AY CAMAAT NİYƏ TƏƏCÜBLƏNİRSİNİZ HADI MÜƏLİM QOCALIB BİLƏCRLƏ KƏLBƏCƏRİ SƏHV SALIR.

Maarif 2019-02-23 14:31:19

Hadi Receblinin ovladlari,belke de ovlad ataya gore cavabdeh deyil.Ola bilsin ataniz size mulk,servet saxlayib.Amma axi gormursuz ki,o her defe nese deyirse,size utanc ve bawiawagiliq qetirir.Artiq bunun dediklerine nefret ve hiddetle yox,qeyri-ciddi bir adamin sozleri kimi yanawirlar.Siz deyin ona ki,ya ata,ay papa,besdir bizi biabir eledin!Hec olmasa ag saclarina hormet qoy.Senden qehremenliq istemirik,sadece sus,daniwib bizi guluw,soyuw ve qargiw sahibi etme!

Vətəndaş 2019-02-23 14:31:19

Hesab nömrəsin yazın bu şər....zə kömək edək

islam 2019-02-23 14:31:19

Siz Allah bu kisiye komek elemek lazimdi.Gorursuz imkansizliqdan bir birinin paltarini geyinirler,vallah uteyim agridi.esl muasir deputat bele olar.xalqi dusunen bele olmalidi.

qaçqın, məcburi köçkün 2019-02-23 14:31:19

Ay DrG, illərlə Azərbaycana qaçqınlar üçün gələn humanitar yardımları "Həyat" humanitar təşkilatının prezidenti olan oğlu Vüsal Rəcəbli BMT QAK-dan guya məcburi köçkünlərə paylamaq adı ilə alıb elə second hənd-lərdə satdırırdı da. Yazıq qaçqın və məcburi köçkünlərə heç birini də göstərmirdi. Görmürsüz, daha second hədlər yoxdur. Çünki artıq xaricdən qaçqın və məcburi köçkünlər üçün gələn humanitar yardımlar dayandırılıb. Ona görə də Hadi m-in külfəti kasıblayıb,biri-birinin paltarını geyirlər də!..

yusif-1313 2019-02-23 14:31:19

Hadiya mütləq sosial müavinat vermək lazimdir.Görəsən bu adamda utanmaq hissi varmi?

Talış 2019-02-23 14:31:19

Bu adam nə qədər ......

DrG 2019-02-23 14:31:19

Ə, hami bunu qınayır. Amma gör yazıq nə gündədir? Lap ürəyim yandı buna. Yəqin ki Second hənd-dən də paltar alırlar. Can-can...

hellas 2019-02-23 14:31:19

------------

t.ədalət 2019-02-23 14:31:19

Hadi Rəcəblıi son vaxtlar "sözü bitmiş aşıqlar" kimi gərəksiz ifadələr istehsal edir.Xalqı səfalətə səsləməklə,görəsən,analoqsuz inkişafı ilə öyünən hakimiyyətin nüfuzunu zədələdiyinin fərqindədirmi?

Semed 2019-02-23 14:31:19

Yaxşı olmaz ki cenab Prezidente sadiq olsunlar vezifeye təyin olunan kimi talançılıqla mesqul olmasınlar inanın ki heç kəsin paltarını geyinməyə ehtiyac olmaz.

Fuad 2019-02-23 14:31:19

Lənkəranın yarısı bunun obyektləridir.utanmır da

avam şofer 2019-02-23 14:31:19

Əsil millət vəkilinə layiq söhbətdir.İntellekt cəhətdən çox dərin və səviyyəli,analoqu olmayan bir müsahibədir.Ona görə də bütün dünya bizə paxıllıq edir.

Nar 2019-02-23 14:31:19

Bu qocaldiqca lap aglini itirir.ne vadar edir seni bele qeyri semimi musahibelere.

Alı 2019-02-23 14:31:19

--------Yazıq Hadı.Nə gündəymişsən əəəə.ALLAH yalansa dogu eləsin.------

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol