Xəbər verdiyimiz kimi, ölkə başçısı İlham Əliyev əfv sərəncamı imzalayıb. Sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş 399 nəfər cəzasının çəkilməmiş hissəsindən azad edilib.
"Azpolitika.info"nun məlumatına görə, onların arasında Nardaran hadisələrinə görə həbs olunanlar da var. Belə ki, prezidentin əfv sərəncamı Nardaran hadisələri zamanı və ondan sonra həbs edilənlərdən “Müsəlman Birliyi Hərəkatı” adlı təşkilatın sədr müavini Elçin Qasımov, eləcə də Zülfüqar Mikayılov, Elman Ağayev, Raiz Mirzoyev, Rasim Cəbrayılov, Lətif Əhmədov, Ramil Əliyev, Seymur Aslanov azadlığa buraxılır.

Xatırladaq ki, Narkotika ittihamı ilə həbs olunan bloqer Rəşad Ramazanova doqquz il həbs cəzası kəsilmişdi. Ramazanov böyük miqdrarda narkotik saxlama və satmaqda ittiham olunmuşdu. O, 2013-cü ilin ilin may ayında həbs olunmuşdu. Polis deyir ki, onun üzərindən 9 qram heroin tapılıb.
Rəşad Ramazanov bu ittihamları rədd edib və deyib ki, Facebookda hökuməti tənqid etdiyi üçün həbsə alınıb. Amnesty International bloqer Rəşad Ramazanovu da "vicdan məhbusları" elan etmişdi.
AzPolitika.info


Şərhlər