Menu

"ƏLİ İNSANOVLA MÜXALİFƏT ARASINDA BÖYÜK ÇIRPIŞMA OLACAQ" - Deputat

20.03.2019, 14:33
"ƏLİ İNSANOVLA MÜXALİFƏT ARASINDA BÖYÜK ÇIRPIŞMA OLACAQ" - Deputat

"Əli İnsanov hələ o vaxt YAP-da konfiliktlər yaradırdı. Özünü əlahiddə insan hesab edirdi. Bu da partiya daxilində narazılığıa səbəb olurdu”.

Bunu YAP funksioneri, Milli Məclisin təhlükəsizlik və müdafiə Komitəsinin sədr müavini Aydın Mirzəzadə BakuPost.az-a videomüsahibəsində deyib. O, bildirib ki, Əli İnsanov partiyadakı fəaliyyəti ilə yanaşı rəhbəri olduğu Səhiyyə Nazirliyində də səlahiyyət həddini aşıb və korrupsiya yol verib.

Millət vəkili Əli İnsanovun həbsdən çıxan kimi sərt bəyənatlar verməsinin gözlənilən olduğunu dilə gətirib: "Belə bir insan heç vaxt dəyişə bilməzdi. Əli İnsanov həbsdə olanda onu Əli İnsanov edən, nazir təyin edən ulu öndərimiz Heydər Əliyev barədə, eləcə də, onu yenidən nazir təyin edən cənab prezidentimiz İlham Əliyev barədə bir dəfə də xoş söz söyləmədi. Həbsdən çıxan kimi Heydər Əliyevin məzarını ziyarət etməliydi, etmədi”.

A.Mirzəzadə keçmiş nazirin bundan sonrakı fəaliyyəti barədə proqnozunu da verib: "Onun kimi adamın arxasından heç kim getməyəcək. Qısa müddət sonra müxalifətlə onun arasında çox böyük bir çırpışma olacaq. Çünki cəmiyyətin Heydər Əliyev hissəsi onu qəbul etməyəcək. Çox kiçik bir kəsim olan müxalifət düşərgəsində isə ona yer yoxdu. Çünki burada onsuz da liderlik uğurunda ciddi mübarizə gedir. Bu adamlar öz elektoratını ona verməzlər”.

Millət vəkili ilə müsahibənin video variantını təqdim edirik:

Şərhlər

A.Mirzəzadəyə 2019-03-20 14:33:05

Siz bu gün səhiyyə sistemində daha doğrusu dövlət xəstəxanalarənda baş alıb gedən rüşvətxorluqdan nə üçün danışmırsınız.Dünyanın hər yerində onkoloji xəstələr pulsuz müaliçə olunur.Bizdə isə MOM-da pulun olmasa heç bir müalicə ala bilmərsən.Bundan danışmaq lazımdır.Əli İnsanovdan yox.Onun vaxtında səhiyyədə bu boyda rüşvət yox idi.Azda olsa qorxu var idi.İndi isə heç bir qorxudan söhbət gedə bilməz.

t.ədalətə 2019-03-20 14:33:05

Yəqin sənin Milli Onkoloji Mərkəzdə,Tobçubaşov adına Elmi Çərrahi Mərkəzdə,Respublika xəstəxanasında,Neyrocərrahi Xəstəxanada və digər tibb müəssisələrində tüğyan edən rüşvətxorluqdan xəbərin yoxdur.Əli İnsanov nazir olanda azda olsa qorxu var idi.İndi isə qorxub çəkinmədən xəstələrdən istədiklərini alırlar.Adını da ödəniş qoyublar.Xəstə deyəndə ki,pulum yoxdur,cavabları belə olur.Get pul tapan da gələrsən.

Lədalətə 2019-03-20 14:33:05

İndi kimsəsiz,imkansız xəstələr xəstəxanalara gedə bilmir.Elə evindəcə ölməyə məhkum olduğundan xəbərin varmı?Xəstəxanalar pullu və özü də baha! Əməliyyatlar da onun kimi.Dərman verilmir.Apteklərdə isə dərmanlar həm keyfiyyətsiz.həm də baha.Bunları bilirsənmi?Müqayisəediləcək dərəcədə deyil!Ona görə Əli İnsanova çoxu RƏHMƏT oxuyur.Rəhmət həm ölüyə,həm diriyə oxunur.

Herodota 2019-03-20 14:33:05

RAMIZ MEHDIYEVIN DA SOZU KECMIR

Saxavat Mikayilov 2019-03-20 14:33:05

Ali Insanov sebebsiz hebs edilmishdi O chox bacariqli ve savadli insandir, muqayise edilecek 2-ci bir shexs yoxdur Eyilmez shexsiyyetlerdendir Hech zaman yaltaqligi bacarmayib ve dediklerim goz onundedir Haqq-edalet ugurunda mubarize aparib ve aparacaq ALLAH Ali Insanova komek olsun Inshallah

EJDER 2019-03-20 14:33:05

HESAB EDIREM KI,BU DIPTATLA HER WEY AYDINDIR...YAP CILAR GOPCULAR HER WEYE HAZIRDILAR,HARAM YIQDIQLARINI SAXLAMAQ UCUN...AZ QALIB OMRUN SENIN ,PAZ ATOBUSU GELER,ARTAR GEMIN...HA HA HA ,,ANALOQU OLMAYAN INKIWAF,,

Bəhlul 2019-03-20 14:33:05

Mirzəzadənin mal varlığı yoxlanılmalıdır.Onun nə ölkəyə,nə millətə bir xeyri dəyməyib.Amma boş-boş çıxışları çox.Bu adamı seçən olub ki, illərdir Milli Nəclisdə oturdulub havayı maaş alır,mal,obyekt,mülklər
ələ keçirir.YAP-ın üzvlərinə qanun -qayda,hesabatlılıq yoxdur.

Mehdi 2019-03-20 14:33:05

Deyirem göresen özu dediyine özu inanirmi bu yoldas defdat.

Herodot 2019-03-20 14:33:05

görəsən, hörmətli akademik Ramiz Mehdiyev cənabları nə fikirləşir?

Amil 2019-03-20 14:33:05

YAP-ın başına onda kül oldu ki, onun sözçüsü sənin kimilər oldu.Reallıgı qoyub arzularını həqiqət kimi xalqa sırımagın zananı keçdi.Yəni sənin kimilərin zamanı artıq keçib.

t.ədalət 2019-03-20 14:33:05

Bəli,Əli İnsanov qeyri-humanist adamdır.Onun nazir olduğu vaxt xəstəxanalarda xəstələrə yemək verilməsini dayandırmaq haqqında parlamentdə Heydər Əliyevə müraciət etdiyi hamının yadındadır.Həmin vaxtlar kimsəsiz xəstələrin yaşadığı çətinliklər böyük narazılıqlara səbəb oldu.Amma indi o islah olunub.Əvvəlki adam deyil. Deyirlər ki,... geri qayıdan qadınların ərlərinə və ailələrinə sədaqəti çox güclü olur..

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol