Menu

““Diqlas”ın yerləşdiyi binada söküntü işlərinə başlanılacaq” - FHN (Yenilənib)

27.03.2019, 11:10
““Diqlas”ın yerləşdiyi binada söküntü işlərinə başlanılacaq” - FHN (Yenilənib)

"Diqlas" Ticarət Mərkəzinin yerləşdiyi binada söküntü işlərinə başlanılacaq".

Bunu "Report"a açıqlamasında Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətinin rəhbəri Yəhya Babanlı deyib.

O bildirib ki, söküntü işləri yaxın günlərdə həyata keçiriləcək: "Bina tam söndürülüb. Soyutma işləri yekunlaşdırılıb. Hazırda binanın aidiyyatı üzrə təhvil-təslimi ilə bağlı işlər aparılır".

* * *

Bakının Nizami rayonu, Qara Qarayev prospekti, 8-ci kilometr adlanan ərazisindəki “Diqlas” Ticarət Mərkəzində yenidən tüstülənmə başlayıb.

“Report”un hadisə yerində olan əməkdaşı xəbər verir ki, hazırda Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları tüstülənmənin qarşısını almağa çalışır.

“Tüstülənmə səhərə yaxın başladı və hələ də davam edir”, - deyə, yanğınsöndürənlərdən biri bildirib.

Ərazidə FHN-in 3 yanğınsöndürən maşını var.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol