Prezident İlham Əliyevin sonuncu әfv sәrәncamı ilә azadlığa çıxan, hüquq müdaifəçiləri tərəfindən siyasi mәhbus kimi tanınan Bayram Mәmmәdov martın 30-da Sabunçu rayon Məhkəməsinin qərarı ilə 30 sutka inizibati həbsə məhkum edilib.
Bu barədə Turana Bayram Məmmədovun atası Fərman Bayramov məlumat verib.
"Bu gün, martın 30-da sahə müəvkkili evimizə gəldi ki, Bayram Məmmədov Sabunçu rayon Polis İdarəsinin 12-ci Polis Bölməsinə çağırılır. Bayram və mən birlikdə 12-ci Polis Bölməsinə getdik. Oradan Bayramı Sabunçu rayon Polis İdarəsinə apardılar. Sonra isə onu Sabunçu rayon Məhkəməsinə apararaq İnzibati Xətalar Məcəlləsinin 535-ci maddəsi (Polisin qanuni tələbinə tabe olmamaq) ilə 30 sutka inzibati həbsə məhkum ediblər", - Fərman Bayramov qeyd edib.
Bayram Məmmədov bu il martın 16-da prezident İlham Əliyevin əfv sərəncamı ilə azadlığa buraxılıb. O hüquq müdafiəçiləri tərəfindən siyasi məhbus, Amnesty İnternational tərəfindən "vicdan məhbusu" kimi tanınıb. Məmmədov insanlar arasında "heykəl məhbusu" kimi də tanınır.
Belə ki, gənc fəallar Qiyas İbrahimov və Bayram Məmmədov 2016-cı il mayın 10-da saxlanılıb. Onlar qanunsuz narkotik maddə dövriyyəsində ittiham olunaraq 10 il azadlıqdan məhrum ediliblər.
Gənclər məhkəmədə deyiblər ki, narkotik ittihamını qəbul etmirlər. Onlar "Qul bayramınız mübarək!" şüarı yazılmasına görə həbs edildiklərini bildiriblər.


Şərhlər
Əfsüslar , ki məsül şəxslər Qərbin müasir psixotron silahlarinin təsiredici ğücünə qarşi əli yalin qaldiqlari haqda məlümatsizdirlar . Russiya kimi nəhənğ intellektual Dövlət hal hazirda bü hücümlarin qarşisinda ğözübağli filə oxşayir. Ab hava 1989 -cü ildəki kimi , qərbin Qorbacova laylay calmaqla kreslosunu oğurlamasindan fərqlidir .
Hal hazirda Qərb eyni vaxta , birğözlü qrossmeystersayaqi cəmiyyərin bütün təbəqələrini absürd ğündəmlərlə həbs edib , millətimizə Hakimiyyətə lay lay calir
Heykəltaraş cəkiclə daş üzərində iki sadə əməlliyati təkrarlayir . Daşda lazimi Obrazi saxlayir lazimsiz qirintilar yerə tökülür . İllərdən sonra lazimli Obraz, lazimsiz obrazlar cəmi camaatdan fərqlənirsə bu artiq heykəlin YOX canli obrazlarin fərqidir , yanlişliq heykəldə deyil .
İstənilən cəmiyyətin donmuş heykəli , obrazi vardir. Elita əlində cəkic Lazimli hissə , maddiyat Daşini , öz nəfinə cəkicləyib , camaati lazimsiz qirinti edirsə heykəl və heykəltaraşin zəhməti puc olür
Bayramın həbsi 100000-lərlə insanın nifrətinə səbəb olacaq.Allah qoysa onun həbsini təşkil edənlər yaxın vaxtlarda onun gününə düşəcəklər.
Bu ğün Ukraynada təlxək millyonlarla intellektual səviyyəli insanlar arasinda qalib olacaq . Tabeciliyində TV saytlar silahli qüvvələr olan hakimiyyət uduzacaq , əhali təlxəyin sərsəm monoloqlarina , azi 5 il qulaq asmaqa məhbus olacaq.
Eyni ilə bizlər :şüürumuzda uşaq ikən heykəlləşmiş məhbuslari: qəhrəmanlari canli ğörə bilmədiyimizdən , onu təlxəklər və şou əhli hökmən əvəz edəcək . Britva Okkam məhfumu ilə yaxçi ilə pis tərəzisi təlxəklərin monoloqu ilə ölculəcəkdir
/ardi var /
Əfv adlanan "sabun köpüyü" partlayır.