Menu

Ramil Usubov Bakıda bu rəislərin yerini dəyişdi

04.04.2019, 21:31
Ramil Usubov Bakıda bu rəislərin yerini dəyişdi

Daxili İşlər naziri Ramil Usubov iki polis rəisinin yerini dəyişib. Unikal.org-un əldə etdiyi məlumata görə, general-polkovnik Ramil Usubovun əmri ilə, Suraxanı Rayon Dövlət Yol Polisi şöbəsinin rəisi polis polkovnik-leytenantı Sadıq Abbasov Xəzər Rayon Dövlət Yol Polisi şöbəsinin rəisi təyin edilib. Nazirin digər əmri ilə, Xəzər Rayon Dövlət Yol Polisi şöbəsinin rəisi, polis polkovnik-leytenantı Rafiq Məmmədov Suraxanı Rayon Dövlət Yol Polisi şöbəsinin rəisi vəzifəsinə təyinat alıb.

Xəbəri Suraxanı rayon Dövlət Yol Polisi Şöbəsindən  təsdiqləyiblər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol