Menu

XİN başçılarının növbəti görüşü razılaşdırılıb

05.04.2019, 15:51
XİN başçılarının növbəti görüşü razılaşdırılıb

"Azərbaycanla Ermənistan xarici işlər nazirləri arasında Dağlıq Qarabağ münaqişəsinə dair növbəti görüşün tarixi razılaşdırılıb".

Bunu “Report”un Rusiya bürosuna Moskvada səfərdə olan xarici işlər naziri Elmar Məmmədyarov bildirib.

“Tarixi razılaşdırmışıq. Mövcud öhdəliyimizə əsasən, bunu görüşdən bir neçə gün əvvəl, eyni vaxtda açıqlayırıq. Odur ki, bunu deyəcəyik, amma bir qədər sonra”, - nazir qeyd edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol