Menu

Prezident və Birinci vitse-prezident məktəblinin intiharının araşdırılmasını tapşırıb

11.04.2019, 11:42
Prezident və Birinci vitse-prezident məktəblinin intiharının araşdırılmasını tapşırıb

“162 nömrəli tam orta məktəbin VIII sinif şagirdinin intiharı çox müzakirə olunur. Bunu dərk etmək lazımdır ki, istintaq gedir və araşdırmalar olmalıdır. Kimin bu işdə günahı varsa, onlara qarşı cinayət işi başlanacaq və cəza alacaq”.

ONA-nın məlumatına görə, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova deyib. O bildirib ki, sosial şəbəkələrdə işi dərk etməyən insanlar iradlar tuturlar və populist çıxışlar edirlər: “Xüsusilə qeyd etmək lazımdır ki, bu iş ölkə başçısının və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqətində və nəzarətindədir. Bununla bağlı bütün dövlət qurumlarına ( Təhsil Nazirliyinə, Ailə, Qadın və Uşaq Məsələri üzrə Dövlət Komitəsinə, Daxili İşlər Nazirliyinə, xüsusi tapşırıqlar verilib ki, bu iş ciddi araşdırılsın. Belə şeylərdə diqqətli olmaq lazımdır. Çünki burada söhbər uşağın və ailənin hüquqlarından gedir” .

Şərhlər

rasim 2019-04-11 11:42:04

sen ozuvuvu oldursen mekteb direktoru cavabdehdir

vızz 2019-04-11 11:42:04

Pah atonnan! Qarı tumanbağı söhbəti bax buna deyirlər!!

Filosof 2019-04-11 11:42:04

Hicran xanim,sosial webekelerden olke bawcisi ve 1-ci xanim da istifade edir ve oradaki insanlarin derrakesini de esla wubheniz olmasin. Bele gorunur ki ordada tek siz yoxsunuz ve melum meseleye birbawa aidiyyeti olan iwlerden baw iwlerden de xebersizsiniz. Direktor xanim uwagin ozunun ve ailesinin adina uydurma,qadina yarawmayan sozler cixarir, onun qanini torpaqla barter etmek isteyir. Bu iyrencliye ise derk yeri normal iwleyen insanlar munasibet bildirir. Mence en populist cixiw ele size mexsusdur

t.ədalət 2019-04-11 11:42:04

İndi adamsız və pulsuz müəllimləri direktor təyin etmirlər.Məktəb direktoru vəzifələrinin satışı Misir Mərdanov zamanından başlayıb və davam edir.Burda da direktoiru "sudan quru çıxarmaq" oyunu gedir.Cəzasızlıq sonda özünü göstərəcək.Məktəblini böhtanlayan direktorun səs yazısından görünür ki,təcrübəli şantajnikdir.

yusif-1313 2019-04-11 11:42:04

Hörmətli Hicran Hüseynov deməli məsələ ölkə başçısının və Birinci vitse-prezidentin diqqətində və nəzarətində olmasaydi bu iş ciddi araşdirilmayacaqdi?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol