Menu

DİREKTOR QANI YUYUB, İZLƏRİ İTİRMƏK İSTƏYİRDİ - Elinanı ölümə aparan cinayətlər zənciri

11.04.2019, 22:31
DİREKTOR QANI YUYUB, İZLƏRİ İTİRMƏK İSTƏYİRDİ  - Elinanı ölümə aparan cinayətlər zənciri

Bakıda 13 yaşlı nakam məktəbli qızın-Elina Hacıyevanın faciəli ölümü cəmiyyəti sarsıdıb. Faciə eyni zamanda Azərbaycan məktəbində, ölkənin təhsil sistemində uzun illərdir hökm sürən sistemli korrupsiyanın acınacaqlı fəsadlarını növbəti dəfə ortaya çıxarıb.

Orta hesabla hər gün 2-3 intihar hadisəsinin baş verdiyi, nəticədə intiharların çoxdan adiləşdiyi ölkədə yeniyetmə qızın intiharı bəlkə də bu cür geniş ictimai rezonans doğurmazdı, əgər hadisə məktəbdə baş verməsəydi. Elina özünü oxuduğu 162 saylı məktəbin binasının 4-cü mərtəbəsindən atmışdı. Və çox keçmədən aydın oldu ki, onu intihara sürükləyən də məhz məktəbdir. Funksiyası layiqli vətəndaş, İNSAN yetişdirməkdən ibarət olan məktəb...

Elinanı intihara sürükləyən səbəblər barədə günlərdir sosial şəbəkələr, elektron KİV-lər yazır, bir-birinin ardınca tükürpədici faktlar üzə çıxır, açıqlanır. Bəribaşdan qeyd etmək lazımdır ki, hər cür faciədən ucuz tiraj “qoparmağa” can atan və heç bir sərhəd, etik normalar tanımayan sarı media (acınacaqlıdır belələrinin rəngi getdikcə daha çox saralır və sayları yağışdan sonra göbələk kimi artır, bir sıra çoxillik qəzetlər də çoxdan həmin cərgəyə qoşulub) Elinanın faciəli ölümünü də öz üslubunda istismar etdi. Nəticədə faciəni doğuran səbəblər arxa plana keçərək günahsız yeniyetmənin özünü pəncərədən necə atdığı, son nəfəsini necə verdiyi barədə görüntülər müzakirə obyektinə çevrildi.

Nə baş vermişdi? Yaşıdlarının çoxunun ölümün nədən ibarət olduğunu hələ dərk etmədiyi Elina niyə intihar yolunu seçmişdi? Onu bu faciəli ölümdən xilas etmək məsuliyyəti kimin üzərində idi?

Sinif yoldaşlarının, anasının faciədən sonra danışdıqlarından belə məlum olurdu ki, Elina məktəbdə müntəzəm ələ salınıb, təhqir olunub və nəticədə qızcığaz intihar yolunu seçib. Əlbətdə, səbəblər arasında Elinanın ailəsindən yetərincə diqqət görməməsi də göstərilir. Onun valideyinləri boşanıblar, anası ikinci dəfə ailə həyatı qurub və qızcığaz ailəsinin ona yetərincə diqqət göstərməməsindən də məyusluq keçirirmiş. Daha doğrusu ailəsi onu məktəbdə üzləşdiyi mənəvi terrordan qoruya bilməyib, qorumaq üçün yetərli səy göstərməyib. Lakin hesab edək ki, Elina ümumiyyətlə kimsəsiz idi, bəs məktəbin vəzifələrindən biri də  bu cür uşaqlara ailə, valideyin qayğısı hiss etdirməkdən ibarət olmalı deyildimi?

Bu hadisəni hüquq-mühafizə orqanları araşdırır və ümid ona qalır ki, müstəntiqlər hadisənin kifayət qədər geniş ictimai rezonans doğurduğunu nəzərə alıb Elinanı intihara sürükləyənlərin çevrəsini tam müəyyən edəcək. Onların öz cəzalarını alması təmin olunacaq.

Amma qızcığazı ölümə sürükləyənlərin bir qismi artıq ortadadır. Onları müəyyən etmək heç bir çətinlik törətmir və söhbət təkcə intihara görə mənəvi məsuliyyət daşıyanlardan yox, həm də birbaşa cinayət kimi qiymətləndirilə biləcək əməllər törədənlərdən gedir. Hansı ki, Elinanın şahid qismində istintaqa çağırılıb ifadələri alınan sinif yoldaşları, rəfiqələri belələrini nişan veriblər.

Məktəbin videomüşahidə kameralarının qeydə alındığı görüntülərə əsasən Elina özünü 09.30-da pəncərədən atıb. Hadisə yerinə təcili yardəm briqadası çağırılıb və briqada 6 dəqiqə sonra məktəbə çatıb. Lakin özünü 4-cü mərtəbədən aşağı atmış qızcığazı təcili ixtislaşmış xəstəxanaya çatdırmaq əvəzinə direktorun-Sevinc Abbasovanın kabinetinə aparıblar!!!

Məktəbin 9-cu sinif şagirdi, Elinanın rəfiqəsi Züleyxa Şirinova danışır ki, direktor əvvəlcə asfaltın üstündən qızcığazın qanını yuyub təmizləməyi əmr edib. Sonra otağında onun özünün bədənindən qan izlərini təmizlədib. Və direktorun otağına yığışanlardan kimsə (deyilənə görə həmin şəxs S.Abbasovanın əridir) hələ sağ, huşu özündə olan, amma ağrılar içərisində qıvrılan Elinanı soğruya çəkib. Ona direktoru təmizə çıxarmağa yönəlmiş suallar verib! Və qızcığaz hadisədən düz iki saat sonra-saat 11.36-da xəstəxanaya çatdırılıb!! Hansı ki, vaxtında düzgün tibbi yardım göstərilsəydi yəqin ki qızın həyatını xilas etmək olardı.

Bütün bunlar dəhşətli cinayət əməlindən xəbər verən detallardır. Direktor-bu yekəpər qadın şagirdin təxirə salınmadan xəstəxanaya çatdırılmasını təmin etmək əvəzinə onun qanının izlərini itirir və intiharda rolunun olmadığına dair “sübutlar” toplayır! Və həmin direktor vəzifəsinin icrasından müvəqqəti kənarlaşdırılsa da hələ də azadlıqladır!

 Qızcığazın direktorun otağında necə sorğu-suala çəkildiyi və ondan direktordan şikayətçi olmadığı haqda “ifadənin alındığı” barədə videokadrlar Elinanın ölümündən sonra KİV-lərə ötürülüb. Bu görüntülərin yayılması nəyə hesablanmışdı? Direktorun intiharda rolunun, günahının olmadığını “sübut etmək” üçün?

Hələ bunlar da hamısı deyil. Belə məlum olur ki, direktor daha sonra özünü xəstəxanaya yetirib, Elinanın valideyinlərindən əvvəl  müəmmalı şəkildə həkimlərin yanına dürtülüb və ardınca həkimlər qızcığazın valideyinlərinə onun həyatı üçün təhlükə olmadığını deyiblər, arxayınlaşdırıblar. Və ertəsi gün qızın öldüyünü açıqlayıblar...

Bu məqamlar Elinanın müayinəsini və müalicəsini həyata keçirən həkimlərin də istintaqa cəlb edilməsini zəruri edir. Direktor onlarla hansı sövdələşməyə getmişdi? Bəlkə qızın ölümü haqda xəbəri gecikdirərək hadisə ilə bağlı yaranmaqda olan ictimai rezonansı yatırmağı hesablamışdı?

Lakin bu da hamısı deyil. Elinanın faciəli ölümünün doğurduğu ictimai rezonansın böyüdüyü bir vaxtda direktorun internet portallardan birinin müxbiri ilə rüsvayçı telefon danışığı yayıldı. Həmin səs yazısında direktor müxbiri yönləndirməyə çalışırdı ki, o Elinanın ailəsinin “pozğun, uğursuz olduğu, anasının ikinci dəfə ərə getdiyi üçün” intihar etdiyini yazsın.

Bunlar dəhşətli ifadələr idi və pedaqoq adına, məktəb adına böyük ləkə sayılmalıydı, cinayətin ört-basdır edilməsinə yönəlmiş cəhdlərdən biri idi. Azərbaycanda hər qurulan 5 ailədən birinin dağıldığı bir vaxtda valideyinlərinin boşanması, anasının ikinci dəfə ərə getməsi direktor üçün şagirdin intiharını əsaslandırmaq üçün tutarlı səbəbdir!

Ardınca Elinanın anası Sevil Hacıyeva jurnalistlərə açıqladı ki, direktor onun evinə gəlib. Susması üçün Badamdar qəsəbəsində böyük məbləğdə dəyəri olan torpaq sahəsi təklif edib. Qadın isə onu evdən qovmalı olub.

Məhz bu rüsvayçı səs yazısının yayılmasından, onun doğurduğu ictimai qəzəbdən sonra sonra Təhsil Nazirliyinin rəhbərliyi məcbur oldu ki, ağzının danışığını bilməyən bu qadını məktəbdən heç olmasa müvəqqəti uzaqlaşdırsın. Onun öz iyrənc hərəkətləri, əməlləri ilə istintaqa təsir göstərmək cəhdlərini minimallaşdırsın. Bu gün direktorun vəzifəsindən rəsmən qovulduğu haqda xəbərlər də yayılmışdı. Amma Bakı şəhər Təhsil İdarəsindən deyirlər ki, məsələ belə deyilmiş. Abbbasova işindən “müvəqqəti” kənarlaşdırılıb və təhqiqat onun “günahsız olduğunu” sübut etsə işinə qayıdacaq.

Əlbətdə, Elinanı pəncərdən şəxsən direktor aşağı atmayıb, yaxud qızcığazı şəxsən buna məcbur etməyib.  Bu səbəbdən onu intihara məcbur etmə maddəsi üzrə  günahsız elan etmək olar. Lakin məktəbdə təlim-tərbiyə işini qura bilməyən, Elinanın yuxarı sinif şagirdi olan oğlanlar tərəfindən ələ salınmasına, təhqir olunmasına göz yuman direktor təkcə daşıdığı mənəvi məsuliyyətə görə həmin vəzifədən dərhal uzaqlaşdırılmalıydı. Abbasovanın sonrakı əməlləri isə təsdiq edir ki, beləsi ümumiyyətlə pedaqoq kimi fəaliyyət göstərməli deyildi.

Olduqca maraqlıdır, bu direktorun xeyli nüfuzlu himayəçiləri meydana çıxıb. Bəzi deputatlardan tutmuş redaktorlara, cəmi bir neçə il əvvələ qədər ağzı köpkülənə-köpüklənə müxalifətin mitinqlərində bağıran, indi isə özünü “dövlətçi ziyalı” kimi qələmə verən tiplərə qədər bir çoxları hadisədə direktoru qınamağın düzgün olmadığı haqda danışırlar. Abbasovanın yüksək vəzifəli himayəçilərinin də olduğu haqda xəbərlər yayılıb və sosial şəbəkələrdə iddia edirlər ki, təhsil naziri Ceyhun Bayramova direktorun işdən çıxarılmaması üçün təzyiqlər olunur.

İndi isə Elinanı intihara bilavasitə məcbur edən digər tiplər barədə. Bunların arasında məktəbin 11-ci sinif şagirdinin adı çəkilir və həmin şagirdin fotosu da qızın sinif yoldaşları tərəfindən sosial şəbəkələrdə yayılıb.

Acınacaqlıdır ki,  Sevinc Abbasova və onun kimi digər korrupsioner məktəb direktorlarının yetirmələri olan bu cür tərbiyəsiz, əxlaqsız gənclərin sayı artmaqdadır. İstintaq qızcığazı məktəbdə hamının gözü qarşısında alçaldan, ələ salan və təhqir edən həmin şagirdi dindiribmi, burası açıqlanmır.

Amma Elinanı intihara sürükləyən cinayətlər zənciri bununla da bitmir. Məktəbin rəhbəri, müəllimləri qızcığazın ələ salınmasına cinayətkarcasına göz yumublar, ona psixoloji dəstək göstərməyiblər və həmin tərbiyəsiz tiplərin barəsində intizam tədbirləri görməyiblər.

Faciə daha nələri ortaya çıxarıb? Belə məlum olub ki, 162 saylı məktəb də daxil olmaqla Bakı məktəblərinə çoxdan narkotik ayaq açıb, iş hətta o yerə çatıb ki, yuxarı sinif şagirdləri ciblərində narkotik tərkibli dərmanlarla dərsə gəlir və məktəb dəhlizlərində “hallanır”.

Bakı şəhər Təhsil İdarəsinə isə bu yaxınlara qədər xanım Məhəbbət Vəliyeva rəhbərlik edirdi. Google-də bu xanımın ad-soyadını “rüşvət” sözü ilə yanaşı yazanda müxtəlif KİV-lərin Bakı şəhər Təhsil İdarəsində hökm sürən rüşvət, korrupsiya mövzusunda çoxsaylı yazıları ilə qarşılaşırıq. Amma işə bax ki,  Vəliyeva belə bərbad imiclə ötən il təhsil nazirinin müavini təyin olundu!

Və bu cür deqradasiyaya uğramış təhsil sistemində, insani dəyərlərin aşındığı cəmiyyətdə Elinanı xilas etmək mümkün idimi? Belə görünür ki, Elina və onun kimilərini xilas etməyin yolu təkcə məktəblərin pəncərələrini kilidləməkdən keçmir. Bu faciənin kökləri Azərbaycan təhsilində uzun illərdir kök salmış dağıdıcı korrupsiyaya gedib çıxır. Və həmin kökləri tapıb qazımaq, məktəbləri əsl bazara çevirən direktorlardan, təhsil məmurlarından yaxa qurtarmaq  üçün doğrudan da radikal islahatlar lazımdır. (Virtualaz.org)

Şərhlər

Veteran 2019-04-11 22:31:12

Hesab etsek ki, mekteb de bir ailedir onda mektebin bawinda duran wexsin bu aileye cavabdehlik dawidigini hec kim hec bir halda inkar ede bilmez. Acigi nazirliyin pencere mixlatmaqla veziyetden cixiw yolu secmesi meni teeccublendirdi. Mohterem nazirlik resmileri, siz pencere baglamaqla wagirdlerin terbiyesine ve davraniwina onlarin problemlerinin aradan qaldirilmasina tesir gostere bilmezsiniz! Mekteb direktorunun 1-ci iwi evvelde qeyd etdiyim kimi bu ailenin butun problemlerine cavabdehlik dawimasidir. Bele olan halda pencere baglatmaq evezine yaxwi olmazmi ki, direktorlar butun mekteblerde her gun 1 saat vaxt ayirib butun siniflere daxil olsunlar. Her sinifde 2-3 deqiqe olmaq ve kimin hansi problemi ve suali olmasi ile maraqlanmaq beyem bu qeder cetin iwdir?! Axi en azindan her bir mesuliyyetli valideyn mektebden donerken uwaqlarina bu ve ya diger formada suallar verir. Bes onda evden mektebe gederken direktor bu meseleye ne ucun diqqet vermemelidir. Axi bu direktorun 1-ci esas iwidir. Bugunku gunde indiki mektebyawlilara nezaretin ve qayda-qanunun yegane yolu budur. Siz werait yaradin ve diqqet yetirin uwaqlar evdeki sohbetleri de gelib size daniwacaqlar. Ona gore de pencere baglamaq evezine kabinetlerinizin qapisini acin ve wagirdlerinizle DOST olun!

helime 2019-04-11 22:31:12

Mektebdekiler sehvleri o qiz intihar etdikden sonra buraxiblar,gec tecili tibbi yardimin chagirilmasi ve s,amma etiraf edek ki,ushaqlarimizin ohdesinden mekte gele bilmir.Chunki,biz ushaqlari pis oyredirik,muellime hormet etmeyi,ondan chekinmeyi. ozunu yaxshi aparmagi oyretmirik.Ushaqlar ne direktor,ne muellim sayir.Ushaqlarin muellimleruin bashina chixir,Ve mekteb chixish yolunu ushaga bash qoshmamaqda gorur.Chunki,ushaga bir irad tutulsa,hemin gunu ushagin nesli mektebe hucum chekir.NIye etiraf etmirik?

helime 2019-04-11 22:31:12

Bu intiharda hami "teqsirli" chixacaq,bir o qizi bu hala dushmeyine sebeb olan valideynlerinden bashqa,Haminin balasi mekktebde oxuyur,onlar intihar etmir ki.O intiharin sebebini ailede axtarmaq lazimdir.Direktor ola biler,hemin an ozunu itirib ve neyi ise artiq-eskik danishsin.20-ci sahe balaca bir qesebedir.Bir maraqlanin,gorun,bu ushaq nece bir ushaq olub.?

pensioner 2019-04-11 22:31:12

Müəllifin fikirləri ilə tam razıyam.Ölkənin,millətin,uşaqların gələcəyi üçün məktəbin direktoru da daxil olmaqla təqsirkarlar məsuliyyətə cəlb olunmalıdı.Məktəb direktorlarının rüşvətxor məmurlarən proteksiyası ilə vəzifəyə təyin edilməsinin qarşısı alınmalıdır.Ümumiyyətlə belə yaramaz rəhbərlərin kökü birdəfəlik kəsilməlidir!

махмудов елман 2019-04-11 22:31:12

AZARBAYCANDA MAKTAB DIREKTORLARI MAKTABLARA TALIM TARBIYA OCAGLARI KIMI DEYIL SAXCI SEXLARI KIMI BAXIRLAR VA KIMLARINSA GUNAHINDAN IDARAOLUNMAZ VAZIYYATA GALIBLAR BELA DAVAM EDARSA GARABAGDANSA BOYUK FACIAMIZ GACILMAZ OLACAG SOS SOS

t.ədalət 2019-04-11 22:31:12

Ölümlə çarpışan uşağın direktorun kabinetində sorğu-sual edilməsi çox ciddi cinayətdir.Direktorun YAP-çı olması onu o qədər arxayın edib ki,o qanunları belə vecinə almayıb.Ölkəni və hakimiyyəti nüfuzdan salmağa çalışan belə YAP-çıları,görəsən, müdafiə edən hansı ermənilərdir?ermənilərdir-deyirəm ,ona görə ki cəbhə xəttində əsgərlərimizi də eynən belə,bu direktor kimi qatilcəsinə məhv edirlər.Sir-sifətindən ətrafa zalımlıq yayılan beləsini direktor təyin edəndə,nədən onu psixoloji testdən keçirməyiblər?

vetendas 2019-04-11 22:31:12

Tesekkur edirem Azpolitikaya ve Virtualaz org saytina. KIV ve cemiyyet olaraq gunahsiz qizimizin facieli olmune sebeb olanlarin mekteb dorektori ve yuxari sinif sagirdlerinin cezalandirilmasina,tehsil naziri ve muavinlerinin vezifeden uzaqlasdirilmasinA nail olmaliyiq. Eks halda gunahsiz balalarimi qurban vermekde davam edeceyik. Salyan sehrrinde de xeste ata arvadini ve 3 mektebli qizlarini oldurub evinin zirzemisinde basfirmisdi. O vaxt da Salyan seheri 2 sayli mektebin direktoru cezanditilmadi.

Elli 2019-04-11 22:31:12

Yazı müəllifini ürəkdən dəstəkləyirəm!Yenədə deyirəm uşağın ölümündə təqsiri olan şəxslər mütləq cəzalanmalıdırlar. İmkan vermək olmaz ki, günahsız uşağın ölümü ört-basdır edilsin. Günahkarlar kimliyindən asılı olmayaraq mütləq cəzalanmalıdırlar!

Mirzə AĞ 2019-04-11 22:31:12

Bravo, "Virtual"!!!

Filosof 2019-04-11 22:31:12

Ancaq her weyi birdefeye yazmaq lazim deyildi. Hicran xanim deyir sosial webekelerdeki insanlarin "derk" eden yerleri duzgun iwlemediyinden yazilanlari oxuyandan sonra populist cixiwlar edirler. Deyirem belke nezere alib bu barede melumatlari qisa-qisa veresiniz ki,sohbetin neden ve kimlerden getdiyini hami bawa duwsun.

kamran 2019-04-11 22:31:12

DÜZÜNÜ BİLMƏK İSTƏSƏNİZ RÜFƏT AXUNDOV SPEYSDƏKİ "MƏŞHUR" MAHNISINI BUNUN KİMİ DİREKTORLARA HƏSR ELƏMİŞDİ!

JAGUB MUELLIM 2019-04-11 22:31:12

NECE OLURKI GATILLER AZADLIGDADIR

Лейла76@mail.ru 2019-04-11 22:31:12

Очень правильно указано,образовательная система разваливаеться из за клрупции, разве вы не видите все этого,маленькая девочка искупила своей кровью всю нашу вину

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol