Menu

"Xalq Hərəkatı" yenidən parçalanıb

29.04.2019, 15:46
"Xalq Hərəkatı" yenidən parçalanıb

Parçalanmadan sonra iki qanada ayrılmış Azərbaycan Xalq Hərəkatının İdarə Heyətinin birləşdirilməsi cəhdləri nəticəsiz qalıb.

ONA-nın məlumatına görə, bu gün hər iki qanad ayrı-ayrılıqda iclas keçirmək barədə qərar qəbul edib.

Bu gün Vətəndaş və İnkişaf Partiyasının qərargahında İdarə Heyətinin üzvləri - Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev, AĞ Partiyanın başqanı Tural Abbaslı, keçmiş müdafiə naziri Rəhim Qazıyev, Azadlıq Partiyasının sədri Əhməd Oruc, Sosial Ədalət Partiyasının sədri Mətləb Mütəllimli, İslam Demokratik Partiyasının sədri Tahir Abbaslı iclas keçirib. Hüquqşünas Qurban Məmmədov də bu qanadda təmsil olunur. İclasda may ayı üçün iş planı müzakirə olunub.

Bu gün saat 15.00-da isə Klassik Xalq Cəbhəsi Partiyanın (KXCP) qərargahında sabiq daxili işlər naziri İsgəndər Həmidov, milli azadlıq hətəkatının fəallarından olmuş Ramiz Tağıyev, Milliyyətçi Hərəkat Partiyasının sədri Valeh İbadov, Xalq Azadlıq Partiyasının sədri Valeh Mirzəyev, Gələcək Azərbaycan Partiyasının sədri Ağasif Şakiroğlu və digər İdarə Heyəti üzvlərinin iştirakı ilə digər qanadın iclası keçiriləcək.

Qeyd edək ki, KXCP sədri Mirmahmud Mirəlioğlu hələlik qanadların hər hansı birində təmsil olunmaq istəmədiyini, özlərini vahid AXH-də gördüklərini bildirib.

Şərhlər

Mirzə AĞ 2019-04-29 15:46:44

Rəhim Qazıyev olan yerdə "ot bitməz" çanım!!!

Xudayar 2019-04-29 15:46:44

Yaranmadan parçalanan partiyadan və ya təşkilatdan millət nə gözləyə bilər? Hələ bir adını möhtəşəm " Xalq hərəkatı" qoyursunuz.Ayıb deyilmi?Hansı xalq Sizi vəkil etdi? Xəcalət!

t.ədalət 2019-04-29 15:46:44

Nə qədər səfeh və əbləh olasan ki,Rəhim Qazıyevə qoşulasan.Bu adamın Rusiya tərəfindən MTN-nin topdağıtmaz zindanından çıxarıldığının fərqində deyilsiniz?Müdafiə naziri olanda onun hansı hoqqalardan çıxdığını unudubsunuz?Bədbəxt Tofiq Oğuzu necə məhv etdiyini(hadisədən əvvəl onun Ali Sovet yaxınlığında R.Qazıyevlə görüşü olub.Hadisə yerinə ağ NİVA-da gəlib) hələ də R.Qazıyevdən soruşan yoxdur.Məscidlərdə "xuddam" vəzifəsini fahişələr tutan kimi,hərəkatlarda da xəyanətkarlar başa keçir..

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol