Menu

Ukrayna prezidenti istintaqa çağırılıb

06.05.2019, 16:24
Ukrayna prezidenti istintaqa çağırılıb

Ukraynanın fəaliyyətdə olan prezidenti Petro Poroşenko istintaqa çağırılıb.

“Report” Ukrayna KİV-inə istinadən xəbər verir ki, bunu ölkə Baş Prokurorluğunun xüsusi istintaq idarəsinin rəisi Sergey Qorbatyuk bildirib.

Müstəntiqlər P.Poroşenkonu Avromeydançılara qarşı törədilən zorakılıqla bağlı cinayət işi üzrə mayın 7-də ifadə verməyə dəvət ediblər.

Qeyd edək ki, Ukraynanın daxili işlər naziri Arsen Avakov bi müddət əvvəl bildirmişdi ki, əgər P.Poroşenko prezident seçkisində məğlub olarsa, o zaman korrupsiya işi üzrə istintaqa çağırılacaq.

Aprelin 21-də ölkədə keçirilən prezident seçkisinin ikinici turunda P.Poroşenko məğlub olub. Onun rəqibi Vladimir Zelinski 73,22 faiz, P.Poroşenko isə 24,45 faiz səs toplayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol