İran parlamentinin sədri Əli Laricani bəyan edib ki, Vaşinqtonun təzyiqlərinə baxmayaraq, İran uranı zənginləşdirməyə davam edəcək.
«Nüvə sazişinə uyğun olaraq, İran ağır su istehsal edə bilər. Bu, sazişi pozmur» -deyə, «İSNA» agentliyi Laricanidən sitat gətirir.
Bundan əvvəl xəbər verilmişdi ki, cümə günü Amerika Birləşmiş Ştatları (ABŞ) Dövlət Departamenti Buşehrdəki AES-nın ərazisində əlavə tikintilərin aparılmasına və uran filizi əvəzinə zənginləşdirilmiş uranın İrandan çıxarılmasına görə, sanksiyalar tətbiq edə bilər.
Bundan başqa, ABŞ bəyan edib ki, İran tərəfindən uranın zənginləşdirilməsinə və mövcud limitdən artıq ağır su istehsal edilməsinə «dözməyəcək». Dövlət Departamenti İrandan MAQATE qarşısında hesabat verməsini tələb edib.
İran isə öz növbəsində, nüvə silahı hazırlamaq planını inkar edir.
Ağır su bəzi tipli nüvə reaktorlarında neytronların yavaşıdıcısı qismində istifadə olunur. Belə reaktorlarda təbii uranın zənginləşdirilməsindən yan keçməklə, silah hazırlığında istifadə olunan plutonium əldə etmək mümkündür.
Məlumata görə, 2016-cı ilin yanvarında İran ağır sudan istifadə olunacaq reaktorun əsas hissələrini demontaj edib.
AzPolitika.info


Şərhlər