Menu

ŞUŞANIN İŞĞALINDAN 27 İL ÖTÜR

08.05.2019, 10:07
ŞUŞANIN İŞĞALINDAN 27 İL ÖTÜR

Ermənistan silahlı qüvvələrinin Rusiyanın 366-cı alayının 40 zirehli texnikasının dəstəyi ilə Azərbaycan Respublikasının Şuşa şəhərini işğal etməsindən 27 il ötür.

"Report" xatırladır ki, 1992-ci il mayın 7-dən 8-nə keçən gecə erməni hərbi birləşmələri 11 min nəfərlik qoşunla üç istiqamətdən Şuşa şəhərinə hücum edib və Şuşa talan olunub.

Erməni təcavüzkarlarının Azərbaycan xalqına qarşı törətdiyi növbəti kütləvi qırğın nəticəsində 195-dən çox azərbaycanlı şəhid, 102 nəfər əlil olub, 165 nəfər isə itkin düşüb.

İşğal nəticəsində 289 kvadratkilometrlik ərazi zəbt olunub. Düşmən bir sıra tarixi-mədəniyyət abidələrini talan edib. 7 məktəbəqədər uşaq müəssisəsi, 22 ümumtəhsil məktəbi, mədəni-maarif və kənd təsərrüfatı texnikumları, orta ixtisas musiqi məktəbi, 8 mədəniyyət evi, 14 klub, 2 kinoteatr, 3 muzey, turizm bazası, şərq musiqi alətləri fabriki dağıdılıb, 20 kitabxana yandırılıb, misilsiz əlyazma nümunələri məhv edilib, müqəddəs məbəd və məscidlər təhqir edilib. Bu siyahıya dünya əhəmiyyətli arxeoloji abidə sayılan paleolit dövrünə aid Azıx mağarası, Xocalıdakı Əsgəran qalası, Xan mağarası, Qaxal mağarası, Şuşa qalası da olmaqla bütövlükdə 279 dini, tarixi və mədəni abidə daxildir.

Şərhlər

t.ədalətə 2019-05-08 10:07:40

Əkslikli çıxışlarınız Sizə də şübhə yaradır. Şuşaya Ağamyanın ixtiyarına keçmiş 366dan başqa rus hərbçiləri göydən düşmüşdülər? Konkret ad-görüntü, tarixi an, hadisə və say? Yüzlərlə şuşalını KİMlər evlərindən çıxarıblar, vəhşicəsinə qətlə yetiriblər? Bu günə qədər heç bir terrorçu-qatil belə mühakimə edilməyib? RFın Baş Liberalının bizlərə münasibəti satqınlığa işarə deyilmi?

t.ədalət 2019-05-08 10:07:40

ardı: onu hardan tapmışdı,bilmirəm.Bu adam Şuşanın İH başçısı Mikayıl Gözəlovun kabinetinə sərbəst girib-çıxırdı.M.Gözəlovun qətli zamanı o da orada olub.Mikayıl müəllim ona bir qarabağlı kimi inanırdı.Ancaq çox sonralar Moskvaya gedib,onun A.Mütəllibovun mətbuat katibi olması çox müəmmalıdır.Moskva,adətən casus şəbəkəsinə qucaq açır.Məlumatı ona görə yazdım ki,qoy xalqımız Şuşanın rus ordusu tərəfindən işğal olduğunu bilsin.ermənilər həmin vaxtlarda rus zabitlərinin yanında tula dəstəsinə bənzəyirdi..

t.ədalət 2019-05-08 10:07:40

hazırladığı məlumatlar yalandır.Şuşadan gələn xəbərləri ona çatdırdım.Kabinetdə əyləşən E.Məmmədov və İ.Həmidov dönüb mənə baxdılar və kabinetdın çıxıb harasa getdilər.Efirə verilən informasiyaların əlyasmalarını Xəbərlər proqramının rəhbəri Ələkbər Abbasovun köməyi ilə məlumat vərəqlərinin faksda surətini çıxarırdım.Şuşanın süqutu ruslar tərəfindən hazırlanmış plan idi.O zamanlar Teylor Fətişoğlu "Azərbaycan qəzetinin Şuşa üzrə zona müxbiri göndərilmişdi.O jurnalist də deyildi.S.Rüstəmxanlı(ardı var)

t.ədalət 2019-05-08 10:07:40

ardı:Mayın 8-də Müed.naziri Rəhim Qazıyevin kabinetində E.Məmmədovla İ.Həmidov nərd oynayırdılar.R.Qazıyev də ayaq üstə dayanıb siqaretini tüsdülədirdi.Sanki olacaq hadisəni bilirdilər.Çünki Bakının meri Rüfət Ağayev tezx-tez R.Qazıyevin yanına gəlirdi.Görünür A.Mütəllibovun göstərişləri çatdırırmış.Efir üçün informasiyasları nazirliyin həyətindəki rabitə maşınında əyləşən Şahin Musayev hazırlayırdı.Axırıncı informasiya vərəqini götürüb R.Qazıyevin qəbuluna getdim.Bildirdim ki,Ş.Musayevin (ardı var)

t.ədalət 2019-05-08 10:07:40

Şuşanın işğalı Ayaz Mütəllibovun şəxsi arzusu ilə Rusiya tərəfindən icra olunub.Yadınızdadırsa,A.Mütəllibovun şəxsi "qoçubaşı" Ağa Az.TV-dəki çıxışında dedi ki,Ayaz qədeşlə Moskvada görüşdük.(hakimiyyətdən salınanda A.Mütəllibov Moskvaya sığınmışdı).Ayaz qədeş bildirdi ki,ruslar Şuşanı götürəcək,məni hakimiyyətə qaytarandan sonra Şuşanı geri verəcəklər.Ağa,onu da dedi ki,Ayaz qədeşin bu söhbəti məni açmadı.Aeroportda məni yola salanda onunla razılaşmadığımı bildirdim.(ardı var)

t.ədalət 2019-05-08 10:07:40

Şuşa ,tam olaraq Rusiya ordusu tərəfindən işğal olunub,sonra buraya ermənilər gətirilib.Hadisə şahidlərinin verdiyi məlumata görə (əslən Mingəçevirdən olanŞuşada olan o zamankı DTK əməkdaşı)Şuşa başdan-başa rus zabitlərinin əlindədir.Onlar şəhərin küçələrində vəhşi kimi vurnuxur,əllərinə keçən dinc sakinləri qətlə yetirirlər. Biz,imkan tapıb evlərin zirzəmisinə toplaşan qocaları,qadınları və uşaqları gün batandan sonra Ziyarət dağı istiqamətindən Cəbrayıl ərazisinə ötürmək istəyirik..

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol