“2019-cu ilin ilkin nəticələrinə görə, yanvarın 1-dən qüvvəyə minmiş vergi dəyişiklikləri istədiyimiz nəticələri verməkdədir”. Bunu İctimai Televiziyanın “Diqqət mərkəzi” verilişində vergilər naziri Mikayıl Cabbarov bildirib.
O deyib ki, bu ilin ilk 4 ayında vergi proqnoz-tapşırığı uğurla icra edilib.
Nazir qeyd edib ki, 2019-cu illin ilk 4 ayında Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə edilən mədaxillər plan-proqnozdan daha yüksək olub: “Həm neft, həm də qeyri-neft sektorundan büdcəyə ödənilən vergilərin həcmi həm 2018-ci ilin eyni dövrü ilə müqayisədə, həm də plan-proqnozdan daha yüksək olub. Biz I rübdə dövlət büdcəsinə vergi proqnozlarından 10,4% daha çox vəsait təmin etməyi bacarmışıq. Ötən ilə nisbətən bu rəqəm 16,5% təşkil edirdi. Aprel ayında da bu dinamika qorunub saxlanılıb. Artımlar müvafiq olaraq 111% və 18%-dir”.
M.Cabbarov deyib ki, islahatların ilkin nəticələrini müşahidə etməkdəyik:“Sevindirici hal ondan ibarətdir ki, müsbət tendensiya vergi ödəyicilərilə nazirlik arasında münasibətlərdə də öz əksini tapır”.


Şərhlər
Əvvələr vergi rüşvət halında yığılıb korrupsioner məmurlar arasında bölüşdürüldü. Və oliqarxlar,krışası olanlar vergidən yayınırdılar. İndi yəqin büdcəyə də verilir.
Cənab Nazir,
sahibkarin və ya hər hansı vergi ödəyicisinin hesabını qanunsuz olaraq vəzifə səlahətlərindən istifadə edərək,bloklayıb və eyni şeyə bir neçə dəfə vergi tutmaq "BACARMAQ"deməkdirsə F.Məmmədovdan qalan üç-beş vergi ödəyicisi də qalmayacaq ,mən Sizi əmin edirəm .Sonra özünüzü nə qədər tərifləsənizdə xeyri olmayacaqdır
yenə zərbə kücədə alver edənlərə dəyəcək
2017 və 2018-ci illər üzrə dövlət büdcəsi gəlirlərinin 7,907 milyard manatı və ya 39,3 faizi Vergilər Nazirliyinin xətti ilə daxilolmaların payına düşürdü.Vergilər Nazirliyinin proqnoz planını azaldaraq 2019-cu il dövlət büdcəsinin gəlirləri üzrə proqnozun 7 316,0 miıyard manatı və ya 31,9%-i Vergilər Nazirliyinin xətti ilə daxilolmaların payına düşür.Neftin rəqəmidə büdcədə 50 dollardan,60 dollara qalxıb.Az proqnoz plana qarşı çox vəsait yığmaq asandır.Oğul odur ki,7907 milyardı yığsın,faizi qaldırsın 40%