Menu

Səhiyyə Nazirliyinin qarşısında paltarsız aksiya - Anası onkoloji xəstə olan jurnalistin çarəsizliyi (FOTO) 

18.05.2019, 18:11
Səhiyyə Nazirliyinin qarşısında paltarsız aksiya  - Anası onkoloji xəstə olan jurnalistin çarəsizliyi (FOTO) 

Jurnalist Teymur Kərimov Səhiyyə Nazirliyinin qarşısında səhiyyədəki rüşvətxorluğa və özbaşınalığa etiraz olaraq təkbaşına aksiya keçirib.  O, nazirliyin binası önündə paltarlarını soyunaraq, onları satışa çıxarıb. 

Qeyd edib ki, anası onkoloji xəstəliyə tutulub, ölüm ayağındadır. Onun müalicəsi, qanla təmin olunması üçün həkimlər külli miqdarda pul tələb edirlər. Artıq qan almağa, həkimlərə verməyə pul tapmadığı üçün paltarlarını Səhiyyə Nazirliyinin qarşısında satışa çıxarıb - belə bir aksiya ilə etirazını nümayiş etdirmək məcburiyyəti qarşısında qalıb. Bunula ölkə rəhbərliyinin və ictimaiyyətin dıqqətini səhiyyədəki acınacaqlı duruma cəlb etmək istəyib.

Ölkə səhiyyəsindəki rüşvətxorluq və özbaşınalıqlara görə nazir Oqtay Şirəliyevi günahlandıran jurnalist ona qarşı bir sıra ağır ittihamlar irəli sürüb. Naziri vəzifəsini yerinə yetirə bilməməkdə və sair məsələlərdə ittiham edib. 

Jurnalist təxminən 20 dəqiqə yüksək səslə nazirin və Səhiyyə Nazirliyinin ünvanına bir çox ittihamlar səsləndirsə də, nazirlikdən heç kim onunla maraqlanmayıb.

Sonra polislər hadisə yerinə gələrək, jurnalisti bölməyə aparıblar.

AzPolitika.info

 

Şərhlər

EKSPERT 2019-05-18 18:11:10

Hələdə insanlar ədalətə inanır!!!!!!!!!!!!!!!!!

Türk 2019-05-18 18:11:10

Oktay Şirəliyevin MOM-un rəhbərliyinə gücü çatmaz.

Vətəndaş 2019-05-18 18:11:10

Biabırçılıqdır.Səhiyyədə köklü dəyişıklık vacıbdir.Pulsuz muayinə və mualıcə yoxdur.Gəlın özümüzü aldatmayaq.Tıbb universitetinin klinikalarinda da pulsuz heç nə yoxdur

t.ədalət 2019-05-18 18:11:10

Bu mübarizə ölkədəki haqsızlıqdan qurtulmaq üçün özünü ümmana atıb çarə adası arayan insanın harayıdır.Əməlindən erməni qoxusu gələn şirəliyevlər,çətin ki onu anlaya bilsinlər..

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol