REKTORUN 200 MİNLİK YENİ AVTOMOBİLİ - "Bir neçə aydır bu lüks maşından istifadə edir" (FOTO) 

Bakı Slavyan Universitetinin rektoru Nurlana Əliyeva özünə lüks avtomobil alıb.

Bakupost.az-ın əldə etdiyi məlumata görə, 2016-cı il istehsalı olan 90-HT-010 dövlət nömrə nişanlı "Mercedes S-400" model avtomobilin Azərbaycanda ortalama bazar qiyməti 90-100 min dollardır.

Maşının 2019-cu il buraxılışının qiyməti isə Bakıda 230 min dollara satılır.

Xanım rektorun maşınının xüsusi yığılmış avtomobil olduğu və əvvəlki sahibinə 250 min dollara başa gəldiyi bildirilir.

Qeyd edək ki, lüks avtomobil etibarnamə ilə rektorun köməkçisinin adına rəsmiləşdirilib. N.Əliyeva artıq bir neçə aydır bu bahalı maşından istifadə edir.

Avtomobilin fotosunu təqdim edirik:

 

635x100

Şərhlər

Sus 2019-05-27 10:55:24

Bu qadın o qədər səviyyəsizdir ki, heç onu mən kitabxanaya da işçi götürməyəm.

Vaqif 2019-05-27 10:55:24

Nə etməlidir? Vəzifə veriblər ki,pul qazan.Pulunu qazanır,bilir ki,hesabatınıda xəbər alan olmayacaq.Təki büdcə boşalsın.

Moshu 2019-05-27 10:55:24

Dəyirman bildiyini eylər çaxçax BAŞ ağrıdar. Ölkə başçısı hüquqi, iqtisadi islahatlara gedir, cəmiyyətimizin ayaqbilənləri elə bil ki, Prezidentin apardığı islahatların əleyhinə gedirlər.Bu millət parıltı, pul azarına tutulubdur. Bunlar özlərini nə yerinə qoyublar?

EJDER 2019-05-27 10:55:24

BES BUNLAR GUYA,,NAZ LIFAN,,ALMALI IDILER...MALADES.HANSI PULLARA ALINIB.AZERBIYJANDA KORRRUPPSIYA KOMITESI VAR...

Oqtay 2019-05-27 10:55:24

Bu səviyyəsizlikdir.O universitetdə oxuyanlara mənim yazığım gəldi bu səviyyədə olan rektorun universiteti nə gündədir görəsən

Mirzə AĞ 2019-05-27 10:55:24

Sual: Araşdırılsın, görək rektor bu qədər pulu hardan alıb?!

Filosof 2019-05-27 10:55:24

Neynemelidir bes,, " Belarus" traktorunda gezmelidir rektor

VƏTƏNDAŞ 2019-05-27 10:55:24

Biabırçıliq.NİYƏ BU REKTORLAR MƏMURLAR ÖZ İTEHSALIMIZ OLAN MAŞINLARI BƏYƏNMİRLƏR Kİ

Son yazılar