Ukrayna daxili işlər naziri Arsen Avakovun istefası üçün yaradılan və ölkə prezidentinin internet saytında "Elektron petisiyalar" bölməsində yerləşdirilən petisiya məsələyə baxılması üçün zəruri olan 25 min səsi toplayıb.
"Report" "İnterfaks"a istinadən xəbər verir ki, petisiya dövlət başçısının saytında iyunun 2-də dərc edilib, onun müəllifi Roman Vasilenkodur.
Avakovu istefaya Ali Rada göndərə bilər. Bunun üçün deputatların azı 226-sı "getsin"ə səs verməlidir.
Avakovun istefası tələbi xidmətdən kənarda nişangahı dəqiq nişan almaqda yarışan sərxoş polis işçilərinin 5 yaşlı uşağı güllələyərək öldürməsindən sonra yaranıb.


Şərhlər
A.Avakov çox maraqlı fiqur, bəlkə də Azərbaycan köklüdür. Krımı Kremlə təhvil verib və sonra onu Kremlə (guya) zidd gedən PREZİDENT, Ukrayna DİN təyin edib. Sanki, Ukraynanı da Kremlə tabe etməliymiş?