Menu

Generalın qardaşı bölmə rəisi təyin edilib

07.06.2019, 15:42
Generalın qardaşı bölmə rəisi təyin edilib

Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinə yeni rəis təyin olunub.

APA-nın xəbərinə görə, Nəsimi Rayon Polis İdarəsi 20-ci Polis Bölməsinin rəisi, polis polkovnik-leytenantı Rahib Mirzəyev işdən azad olunaraq, Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin rəisi təyin edilib.

4-cü Polis Şöbəsinin rəisi polis polkovniki Etibar Balakişiyev isə DİN Baş Kadrlar İdarəsinin sərəncamına verilib.

Qeyd edək ki, Rahib Mirzəyev DİN Daxili Təhqiqatlar İdarəsinin rəisi, polis general-mayoru Sahib Mirzəyevin qardaşıdır.

Şərhlər

t.ədalət 2019-06-07 15:42:40

Artıq ölkədə hər tərəf naxçıvanlılar arasında bölüşdürülür.Ancaq işğal altında olan yerlərə əlləri çatmır.Bu,istər-istəməz hər bir azərbaycanlını narahat edir..

Masallı 2019-06-07 15:42:40

neyniyib bunlar general olub. hi

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol