Menu

Bakıda saxta pulla alış-veriş edən şəxs tutulub

08.06.2019, 15:29
Bakıda saxta pulla alış-veriş edən şəxs tutulub

Paytaxtın Binəqədi rayonunda yerləşən mağazalardan birinə 100 manatlıq saxta əskinas verən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisində işlədiyi mağazada E.Məsimova 1 ədəd 100 manatlıq saxta əskinas verməkdə sübhəli bilinən Siyəzən rayon sakini, əvvəllər məhkum olunmuş M.Əliyev saxlanılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol