Menu

Lənkəranda "Son zəng" günü məzunlar qəzaya düşüb

14.06.2019, 21:58
Lənkəranda "Son zəng" günü məzunlar qəzaya düşüb

Lənkəranda "Son zəng" günü məzunlar qəzaya düşüblər.APA-nın cənub bürosunun verdiyi məlumata görə, şəhərin Heydər Əliyev prospektində nəqliyyat vasitəsi yoldan çıxaraq aşıb. Nəticədə 2001-ci il təvəllüdlü Adil Məmməd oğlu Həsənzadəni xəsarət alıb.

Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılan şəxs reanimasiya şöbəsinə qəbul edilib.

Bildirilir ki, qəzaya uğrayan avtomobil taksi xidməti göstərirmiş. Hadisə zamanı avtomobildə olan sərnişinlərin 4-ü də məzun olub.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol