Qocaman jurnalist Şirməmməd Hüseynov dünyasını dəyişib.
APA-nın məlumatına görə, 95 yaşlı jurnalist bu saatlarda evində vəfat edib.
Azərbaycanın görkəmli alim və mətbuat tədqiqatçısı, Ali Media Mükafatı laureatı, Prezident təqaüdçüsü, Bakı Dövlət Universitetinin mətbuat tarixi və ideoloji iş metodları kafedrasının professoru Şirməmməd Hüseynov 1924-cı ildə Şəkidə anadan olub. 1941-1943-cü illərdə Şəki şəhəri 2 illik müəllimlər institutunda fizika-riyaziyyat fakültəsində təhsil alıb. 1945-1950-ci illərdə ADU, filologiya-jurnalistika şöbəsində təhsil alıb. 1950-1954-cü illərdə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Jurnalistika fakültəsinin aspirantura şöbəsində təhsil alıb. 1954-cü ildə MDU, jurnalistika fakültəsində namizədlik dissertasiyası müdafiə edib. 1954-1961-ci illərdə BDU, filologiya fakültəsi jurnalistika kafedrasının müəllimi, dosent vəzifələrində çalışıb. 1962-1969-cu illərdə BDU, filologiya fakültəsinin dekan müavini olub. 1961-1971-ci illərdə BDU, jurnalistiknın nəzəriyyə və təcrübəsi kafedrasının dosenti vəzifəsində çalışıb. 1971-1976-cı illərdə BDU, Jurnalistika fakültasinin dekanı vəzifəsində çalışıb. 1971-1988-ci illərdə BDU, mətbuat tarixi kafedrasının dosenti vəzifəsində çalışıb. 1976-1988-ci illərdə BDU, mətbuat tarixi kafedrasının müdiri vəzifəsində işləyib. 1988-ci ildən BDU, mətbuat tarixi kafedrasının professorudur. Azərbaycan Demokratik Cumhuriyyətinin, Məmməd Əmin Rəsulzadə irsinin öyrənilməsində, təbliğində xidmətləri olub.
Allah rəhmət eləsin!


Şərhlər
Bismillahir-Rəhmanir-Rəhim .Azərbaycanın görkəmli alimİ Şirməmməd müləllimə Allah rəhmət eləsin.Xalqımız üçün böyük itkidir.Ailə üzvlərinə səbir versin.
Jurnalistikanın, sözün həqiqi mənasında ağsaqqalı Şirməmməd Hüseynova ALLAHdan rəhmət diləyirəm. Hər zaman həqiqəti deyən, səmimi insan, Azərbaycan Demokratik Cumhuriyyətinin, Məmməd Əmin Rəsulzadə irsinin öyrənilməsində və təbliğində böyük xidmətləri olmuş Şirməmməd müəllimin əziz xatirəsi xalqımızın yaddaşında daima qalacaq.
Allah rəhmət eləsin, İNŞƏALLAH.
Allah rəhmət eləsin! Çox böyük işlər gördü, sovetin prapaqandası ilə yox edilmiş ürəklərdə həkk olunan ölməz həmişəyaşar milli liderimiz Məmməd Əmin Rəsulzadə böyüklüyünü yenidən araşdıraraq Xalqımıza çatdıra bildi.