BAKIDA MƏŞHUR SUPERMARKETDƏ "ÇİN YUMURTASI" SATILIR - VİDEO

Bakıda növbəti dəfə "çin yumurtası” deyilən, jelatin və kalsium qarışığından hazırlanan yumurta satıldığı məlum olub.

Bakupost.az-ın məlumatına görə, Bakı sakini Məhəmməd Hüseyn Şəhriyar küçəsində (BDU-nun yaxlığı) yerləşən "Araz” supermarketindən kampaniya çərçivəsində 10 ədədi 30 qəpiyə yumurta alıb.

Yumurtanı qaynadıb yemək istədikdə isə əcaib mənzərə ilə qarşılaşıb. Şikayətçinin təqdim etdiyi videodan da görünür ki, yumurtanın içərisindən mənşəyi bəlli olmayan yarıbərk halında maddə çıxıb.

"Araz” supermarketindən Bakupost.az-a bildirilib ki, həqiqətən də 28 İyun-4 İyul tarixində mağazalar şəbəkəsində endirim kampaniyası çərçivəsində 10 ədədi 30 qəpiyə yumurta satılıb. Lakin onlar Çindən yumurta idxal etmirlər və məhsulları yerli bazara aiddir.

Qeyd edək ki, saxta yumurtaların satılması faktına ölkəmizdə bir neçə dəfə rast gəlinib. Bu yumurtaların qabığı gips, kalsium və parafindən ibarətdir. İçərisindəki yumurta ağı və sarısı jelatin və kalsium qarışığından əmələ gəlir.

Mütəxəssislərin bildirdiyinə görə, uzun müddət bu yumurtaları istifadə etmək əsəb sistemlərinə neqativ təsir edə bilər, uşaqlarda isə əqli inkişafını azalda bilər.

Saxta yumurtaların necə hazırlanması ilə bağlı videonu təqdim edirik:

635x100

Şərhlər

t.ədalət 2019-07-11 23:06:29

Ən yaxşı cəza alıcıların yığışıb həmin yumurtaları supermarket sahibinin boğazına dürtməsidir.Belə cəzalar bütün sahələrdə baş alıb gedən ərzaq və dərman dələduzluğuna son qoya bilər..

dadaşyev 2019-07-11 23:06:29

Aaaa!Deyir Çindən yumurta idxal etmirik.Guya bilmir ki,Çin yumurtası "idxal etmək" üçün Çinlə yumurta sazişi bağlamağa ehtiyac yoxdur.Bakı doludu cinbala çinlilərlə.Kirədə qaldıqları evlərdəcə yumurtaları hazırlayıb sizin kimi marketlərə ucuzlardan ucuz verirlər,sizlər də endirim kampaniyasıyla özünüzü reklam etmək üçün o ucuz yumurtaları elə ucuz da satırsınız.Guya onlardan belə yumurtaları qəbul edəndə bilməmisinizmi saxta yumurtadı?

Son yazılar