SƏLİM MÜSLÜMOV OĞLUNA TOY EDİR - Külək sabiq nazirin planlarını pozub (FOTO)

Bu gün sabiq Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümovun oğlunun toyudur. Bu barədə "AzPolitika.info"ya məlumatlı mənbə xəbər verib.

Məlumata görə, sabiq nazir son anda toyla bağlı planlarında dəyişiklik etmək məcburiyyətində qalıb. Belə ki, S.Müslümov oğlunun toyunu açıq havada planlaşdırırmış.

"Lakin dünəndən Bakıda başlayan güclü külək mərasim yerini bərbad vəziyyətə qoydugundan S.Müslümov təcili toy yerini dəyişərək, "Buta Palace"-a keçirmək məcburiyyətində qaldı", - deyə mənbə bildirib.

Qeyd edək ki, S.Müslümovun 3 övladı var. Bu gün toyu olanın böyük oğlu Turqay Müslümlü olduğu bildirilir. Onun 2017-ci ildə nişanlandığına dair xəbər yayılmışdı. Sabiq nazirin oğlu Edinburq Universitetinin Maliyyə fakültəsini bitirib. Hazırda "Orion Group Azerbaijan”nın sədridir.

Allah xoşbəxt eləsin! 

635x100

Şərhlər

t.ədalət 2019-07-13 18:40:50

Yaxşı olardı ki,S.Müslümov və digər məmurların oğulları öz fotolarını Vətənin müdafiəsi üçün qurulmuş səngərlərdə çəkdirib yaysınlar.İndi qeyrət meydanı,hər cür şərəf yeri,ancaq və ancaq cəbhədəki səngərlərdir.Haramçılıqla böyüyən və fərariliklə yaşayan məmur balalarının fotolarını yaymağa heç gərək yoxdur!..

Səməd 2019-07-13 18:40:50

Biz istəsəkdə Allah(T.t)ın işinə qarışa bilmərik. Amma bu millətin cibinə girən, 5 manat təqaüd artımını vətəndaşlara böyük nəaliyyət kimi təqdim edən, taladığı pullar hesabına krallar kimi həyat sürən, haram pullarla övladlarını xaricdə oxutduran insanın ailə üzvünə xoşbəxtlik arzulamaq olar?!

Son yazılar