"S-400-ÜN İSTEHSALÇISI AZƏRBAYCAN TÜRKÜDÜR" -  Rafiq Əliyevin aspirantı olub

Türkiyə mediasında, sosial şəbəkələrdə Rusiya istehsalı olan S-400 zenit-raket kompleksinin alınmasına həsr olunmuş çoxlu sayda yazılar dərc olunur.  "Azpolitika"nın məlumatına görə, belə yazılardan birində S-400-ün istehsalçısının Azərbaycan türkü olduğu bildirilib.

"S-400-ün istehsalçısı bir Azərbaycan türküdür" baçlığı ilə yayımlanan xəbərdə qeyd edilib ki, S-400-lərin istehsalını ilk dəfə təşkil edən Azərbaycan türkü olan İqor Aşurbəylidir. Onun eyni zamanda S-300-lərin də istehsalçı olduğundan fəxrlə bəhs edilib.

"AzPolitika.info" qeyd edir ki, haqqında bəhs  olunan İqor Rauf oğlu Aşurbəyli  9 sentyabr 1963-cü ildə Bakıda anadan olub.

1980-ci ildə bir sıra fənlərin ingilis dilində tədris olunduğu 27 nömrəli xüsusi orta məktəbi qızıl medalla bitirib. O, 1985-ci ildə Azərbaycan Sənaye İnstitutunu bitirib. Azərbaycanlı alim Rafiq Əliyevin aspirantı olub. Aşurbəyli Rafiq Əliyevin rəhbərliyi altında 30 may 1992-ci ildə Azərbaycan Sənaye İnstitutunda öz namizədlik işini müdafiə edib. Elmi işinin mövzusu isə "D-Mərkəzləşdirilmiş sistemlərin qurulma prinsipləri" olub.

2011-ci ilədək İqor Aşurbəyli on il "Almaz-Antey" baş konstruktor bürosu sisteminə rəhbərlik edib. Onun direktoru olduğu dövrdə "Almaz" korporasiyası müasir Rusiyanın havadan müdafiə sisteminin qalxanı sayılan S-300S-400 raketlərinin istehsalı ilə məşhurlaşıb.

Hazırda Rusiya Hava Hücumundan Müdafiə Sistemləri Konserninin İdarədənkənar Ekspert Şurasının həmsədri, Socium Holdinq İdarə Heyətinin prezidenti olan, texnika elmləri doktoru İqor Aşurbəyli eyni zamanda kosmos dövləti olmaq hədəfi ilə yaradılan Asqardia Krallığının ilk dövlət başçısı kimi tarixə adını yazdırıb.

Elman

AzPolitika.info

635x100

Şərhlər

antiAbu 2019-07-14 11:57:11

Bunu tez-tez yazın ki, çıxarıb atsınlar eşiyə. Rusiyanın hərbi-sənaye kompleksində minlərlə erməni yüksək vəzifələrdə çalışır? Erməni mətbuatı onları reklam edirmi?

Oqtay 2019-07-14 11:57:11

Azərbaycanda Azərbaycan türkü adında millət yoxdur. Konstitusiyamızda yazılıb ki biz azərbaycanlıyıq dilimiz də Azərbaycan dilidir. Türkün adını batırıb özünüzə yalandan türk deməyin.Bir millət ki hələ də öz adını bilmir və öz Konstitusiyasında öz adını yaza bilmir deməli o millətin yaşamağa haqqı yoxdur.Yalandan döşümüzə döyməklə deyil. Belə şeyləri oxuyanda adam xəcalət çəkir.Moderator heç nəyi dəyişmə olduğu kimi ver

Elli 2019-07-14 11:57:11

Xeyli müddət öncə Mirşahin ANS televiziyasında işləyəndə İqor Aşurbəyli-dən müsahibə almışdı. Müsahibənin axırında alim yavaş səslə azərbaycanca səlis şəkildə dedi ki, Qarabağ bizimdir.

Son yazılar