Türkiyə Cümhuriyyətinin xarici işlər naziri Mövlud Çavuşoğlu bəyan edib ki, Rusiyanın S-400 sistemi ilə bağlı sövdələşməyə görə, Amerika Birlşmiş Ştatları (ABŞ) Ankaranı ən yeni F-35 qırıcılarının istehsalı proqramından çıxartmayacaq.
Onun sözlərinə görə, ABŞ və Türkiyə Vaşinqtonun narazılığına baxmayaraq, hərbi əməkdaşlıq məsələsində razılığa gələ bilərlər.
Nazir qeyd edib ki, razılığa gələ bilməsələr, iki ölkə arasında munasibətlər təhlükə altına düşəcək.
«Söhbət bizim F-35 proqramından kənaraşdırılmağımızdan getmir. Hesab edirəm ki, biz, qarşılıqlı anlaşma çərçivəsində razılığa gələ bilərik. Başqa cür olacağı təqdirdə, tərəflər onların münasibətlərinə neqativ təsir göstərəck addımlara gedər» - deyə, NTV telekanalı nazirdən sitat gətirir.
Bununla bərabər, hazırkı məqamda Ankara «bu barədə danışmaq yox, aktual məsələlərin həlli ilə məşğul olmağı istərdi».
Çavuşoğlu onu da deyib ki, ABŞ prezidenti Donald Tramp Türkiyə tərəfinə Suriyanın şimalında 20 mil enində bufer zonanın yaradılması niyyətini bəyan edib.
Bundan əvvəl xəbər verilmişdi ki, Türkiyəyə Rusiyadan S-400 sistemlərinin ikinci partiyasının tədarükünə avqust-sentyabr aylarında başlanacaq. Hazırda kompleksin ikinci partiyasının dislokasiya yerinin müəyyənləşdirilməsi məsələsi həll olunur.
AzPolitika.info


Şərhlər