Menu

Yol polisi ləğv ediləcək? - DİN-dən açıqlama

16.08.2019, 15:26
Yol polisi ləğv ediləcək? - DİN-dən açıqlama

Daxili İşlər Nazirliyi (DİN) kütləvi informasiya vasitələrində Dövlət yol polisi qurumunun ləğv ediləcəyi barədə yayılan məlumatlara münasibət bildirib.

DİN-in Mətbuat Xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov APA-nın sorğusuna cavabında yayılan məlumatların reallıqdan uzaq olduğunu bildirib: ““Polis haqqında” Azərbaycan Respublikasının Qanununda polisin təyinatı və əsas vəzifələrindən biri kimi yol hərəkəti qaydalarına və hərəkət təhlükəsizliyinə riayət olunmasına nəzarət etmək, eyni zamanda, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi üçün tədbirlər görmək qeyd olunur ki, bu vəzifəni də DİN-in Dövlət Yol polisi qurumu yerinə yetirir. Ona görə də belə mühüm bir qurumun ləğv edilməsi kimi bir məsələ gündəlikdə olmayıb və hazırda da yoxdur. Əksinə, yol polisinin fəaliyyətinin daha da təkmilləşdirilməsi, fəaliyyətinin effektliyinin artırılması, maddi-texniki bazasının günün tələbləri səviyyəsinə qaldırılması üçün Nazirlik tərəfindən zəruri tədbirlər davamlı olaraq həyata keçirilir”.

Qeyd edək ki, son gün günlər bəzi KİV-də DYP ləğv olunacağı barədə məlumatlar yayılıb.

Şərhlər

Oqtay 2019-08-16 15:26:21

İstehsalatda bir yerə bir avtomat ya qurğu quraşdırilan kimi həmin işi görənləri ixtisara salırdılar. Son zamanlar milyonlarla xərc çəkilib hər addım kameralar quraşdırılıb Nəqliyatın intellektual (bəh bəh intellektual ha sözün mənasını bilirlərmi görəsən) idarə etmə mərkəzi adında lazımsız bir qurum yaradıblar ancaq bir nəfər də olsa DAM işçisi ixtisar olunmayıb Bəs onda bunlar nəyə lazım idi

Talıb 2019-08-16 15:26:21

Yol polisinin ləğv edilməsi bir yana Cevik Polis Alayinda son günlər nazir tərəfdən təmənnasız işə qəbul olunanlardan alayın kadrlar şöbəsinin əməkdaşə Ramil Mirzəyev trəfindən qanunsuz olaraq pul tələb olunur. Sənədlərini əlində tutan polis zabitinin sözləri belədir burda hec bir kəs polisə havayi işə düzəlmir get pul gətir. Bu sözlrdən sonra polis nə millətinə nə dəki dövlətinə xidmət edərmi?

t.ədalət 2019-08-16 15:26:21

Yol polisinin ləğvi ölkəyə baha başa gələr.Bizim tərbiyəsiz və naşı sürücülər yolları ölüm yerinə çevirərlər.Sadəcə,Yol polisini texniki cəhətdən təkmilləşdirməli,texniki baxış zamanı rüşvətə səbəb olan tələbləri azaltmaq laszımdır.Ümumiyyətlə,hərəkət təhlükəsizliyinii pozan nasazlıqlar dövlət tərəfindən aradan qaldırılmalıdır.Bunun müqabilində sürücülərdən haqq tələb oluna bilər.

Mehdi 2019-08-16 15:26:21

Söz tapiblar danismaqa.Leqv olunacaq ne bilim neyliyecekler.Bir balaca rayona 3 nefer qai iscisi lazimdirsa bunlar 10 nefer avtomobil mufettisi ise alirlar,özleride sirf savadsiz.Hele trasdakilari demirem.yuzlerle,minlerle.Bunlar ele bilirsiniz gurcustan ve yaxud basqa bir olke kimi olarlar?Qetiyyen.Bunlari axirda pul rusvet,korribsiya öldurecek.

Mirzə AĞ 2019-08-16 15:26:21

"Texosmotr" ayda ən azı 1 dəfə keçirilməli, sürücülər isə həftədə bir dəfə "şizofreniya"ya yoxlanmalıdırlar... Xidmət haqları 5 dəfə qaldırılmalı, qaydaları pozanların maşını dərhal əlindən alınmalı, evi həbs olunmalı, gözünün biri çıxarılmalı, əlinin biri kəsilməlidir...

Müfəttiş 2019-08-16 15:26:21

Heç belə gəlirli sahəni də ləğv edərlər? Büdcəyə vəsait toplamaq işində YPX-ın xidmətləri əvəzedilməzdir. Mən eşitmişəm ki, texosmotor tezliklə ildə iki dəfə olacaq. Hələ neçə-neçə belə projeləri var ki, yuxarılara baxılmaq üçün təqdim edilib, yəqin ki tezliklə tətbiq edərlər. YPX-da işə qəbulun qiymətləri ilə bağlı şərtlər də dəyişiləcək...

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol