Menu

AMAY ticarət mərkəzində yanğın - Foto [Yenilənib]

13.09.2014, 10:32
AMAY ticarət mərkəzində yanğın - Foto [Yenilənib]

Bakıda AMAY ticarət mərkəzində baş verən yanğın söndürülüb.

APA-nın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, yanğının söndürülməsində 4 yanğınsöndürən maşın iştirak edib.

 * * * 

Bakıda AMAY ticarət mərkəzində başlayan yanğının söndürülməsinə 4 yanğınsöndürən maşın cəlb olunub.

APA-nın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, hazırda yanğının söndürülməsi istiqamətində iş aparılır.

Yanğın baş verən 4-cü mərtəbədə yaşayış olmadığı bildirilib. Binanın yanğın baş verən hissəsindən vətəndaşlar təxliyə olunub.

 * * * 

Bakıda “AMAY” ticarət mərkəzində yanğın başlayıb.

APA-nın hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, yanğın Fəhlə prospektində yerləşən ticarət mərkəzinin 4-cü mərtəbəsində baş verib.

Hazırda Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinin əməkdaşları yanğını söndürməyə çalışırlar.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol