Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli qurumun yeni "Süfrə" dərgisinə müsahibəsində şəxsi qidalanma prinsiplərindən bəhs edib. O, müsahibəsində sağlam qidalanma ilə bağlı maraqlı açıqlamalar verib.
Q.Təhməzli arıq insanların sağlam olması barədə fikirlərin yanlış olduğunu bildirib: "İnsan normal çəkisində olmalıdır. Gənc xanımlar arıqlamaq üçün bütün günü meyvə yeyirlər. Soruşanda da deyirlər ki, diyetoloq məsləhət görüb. O dəqiqə bilinir ki, həmin "diyetoloqlar"ın təbabətdən xəbəri yoxdur. Meyvədə də fruktoza var. Ona görə də qədərində istifadə olunması tövsiyə olunur".
Agentlik sədri şəxsi qidalanmasında nələrdən imtina etdiyini açıqlayıb: "Təbii qidalanmaya üstünlük verirəm. Rəngli, qazlı, şirin sulardan istifadə etmirəm. Şəkər, demək olar ki, rasionumda yoxdur. Tövsiyə edirəm ki, əhalimiz sağlam qoyun, quzu ətindən istifadə etsin. Son illər çox yanlış bir mif formalaşıb ki, qoyun əti ziyanlıdır. Əksinə, qoyun ətinin iç yağı, quyruğu orqanizm üçün çox faydalıdır. Quyruq yağından çox istifadə etmək lazımdır. Quyruq yağı damarların keçiriciliyinin artırılmasına səbəb olur... "
Göründüyü kimi, necə deyərlər, quyruq kimi yağlı vəzifədə oturan Q.Təhməzli vətəndaşları quyruq yeməyə çağırır. Bunun tibbi baxımdan sağlamlıq üçün nə dərəcədə faydalı məsləhət olduğuna dair bir şey deyə bilmərik. Amma hörmətli AQTA sədrinin qida rasionunun tutduğu vəzifə ilə birbaşa bağlılığı kifayət qədər maraqlıdır. Lakin digər tərəfdən də Qoşqar müəllimin məsləhəti məntiqlidir. Axı özünün böyük biznesi, yüksək gəlirli şirkətləri, varidatı olan və paralel olaraq da belə yağlı-ballı vəzifə daşıyan bir məmur təbii ki, şor, göyərti yox, quyruq, yağ, bal yeməyi məsləhət görəcək. Ancaq Təhməzli “qara camaatın” – kasıb təbəqənin bu qidaları necə, hansı pulla əldə etməsinin yollarını da göstərsəydi pis olmazdı...
Tahir


Şərhlər
Qədim Çin alimi Ber Beri demişdir: İnsan orqanizmi mükəmməl formokoloji zavoddur. O zavoda xammal vermək lazımdır. Cənab Qoşqar Təhməzli sağlam qidalanmağın (zavoda veriləsi xammalı) yollarını göstərir. SAĞ OLSUN!
Azərbaycanda onun qədər ədalətsiz rəhbər işci yəqin ki birdə olmayacaq
Ay savadlı... təəssüf ki, çoxdandır ruzini kimlərləsə qohumluq, kiminsə adamı olmaq, büdcədən pul oğurlayıb silmək hesabına əldə edirlər. Bu işlərə Allahı qarışdırma, ay.... guya bilmirsən belələrinin ruzisi hardan gəlir??? Belə çıxır ki bu ölkədəki kasıb kusub ruzisiz olçalıdır, oğrular, banditlər ruzi sahibi olmalıdır? Utanmırsan hələ Qurandan misal gətirirsən, ay....
Ay savadsız jurnalist! Pulu necə əldə etmək yollarını göstərmək nə Qida agentliyinin, nə də onun sədrinin səlahiyyəti çərçivəsində deyil. Buna başqa Dövlət qürumları baxır. Bacar;rs;n;zsa fikrinizi onlara ünvanlayın.
Bir də ruzini Uca Allah verir. Necə ki Qurani-Kərimin Əl-Bəqərə surəsinin 245-ci ayəsində deyilir. "Allah (kimisini) sıxıntıya salar (ruzisini azaldar), (kimisinin də) ürəyini açar (bol ruzi verər)."
Hələ Allahınıza şükr edin ki, qoyunun qığı (təzəyi) deməyib, quyruğunu deyib...