Menu

Bəşər Əsəd qardaşını həbs etdirib - Rusiyanın tələbindən sonra

01.09.2019, 19:54
Bəşər Əsəd qardaşını həbs etdirib -  Rusiyanın tələbindən sonra

Artıq dünən xəbər verildiyi kimi, Suriyanın ən zəngin insanı və ölkə prezidenti Başar Əsədin əmisi oğlu Rami Maxluf həbs edilib.Virtualaz.org İngiltərənin "The Times" qəzetinə istinadən bildirir ki, onun əmlakı vətəndaş müharibəsi zamanı Rusiyaya olan borcunu ödəmək üçün müsadirə edilib.

Rəsmi olaraq, vəsait antikorrupsiya kampaniyası çərçivəsində ələ keçirilib. Bu, Maxlufun 22 yaşlı oğlu Məhəmmədin Instagram-da bahalı həyat tərzini əks etdirən fotoları paylaşmaqla diqqəti ailəsinin üzərinə cəlb etməsindən sonra olub.

Qəzet bildirir ki, qardaşının (Bəşər Əsədin - red.) hakimiyyətə gəlməsindən sonra özünün biznes imperiyasını quran Maxluf üç oğlu, o cümlədən Məhəmmədlə birlikdə ev dustağı edilib.

Başqa bir məlumata görə, Bəşər Əsəd Maxlufun həbsinə Rusiya Prezidenti Vladimir Putinin Suriyanın aldığı 3 milyard dolları qaytarmağı tələb etməsindən sonra məcburi olaraq razılıq verib.

Məşhur Panama sənədlərinə görə, 2011-ci ildə Suriyada vətəndaş müharibəsi başlamazdan öncə Rami Maxlufun varidatı 5 milyard dollardan çox olub.

Şərhlər

Sabir 2019-09-01 19:54:42

Surya Rusun pewkasidi. Ol dese olecek yat dese yatacaq. Hansisurya olub butun olkelerin raket sinag meydancasi. Israil amerika rusya turkiye iran hami oz herbi arsenalini suryada sinag edir

NURəddin 2019-09-01 19:54:42

BUNLAR ƏRƏB DEYİLLƏR. İSLAM DÜŞMƏNİ OLAN BİR SÜLALƏDİR.ƏGƏR BİR MİLLƏTİN BAŞINA YAD, YAXUD QARIŞIQ QANLI BİRİ GƏTİRİLİBSƏ HƏMİN MİLLƏT ÖLÜMƏ HAZIRLAŞSIN. DEMƏK DÜŞMƏN DAİRƏLƏRİNDƏ O TOPLUMUN TAMAMİLƏ MƏHV EDİLMƏSİ HAQDA QƏRAR VERİLİB. ALLAH MİLLƏTLƏRİ BELƏLƏRİNDƏN QORUSUN! BƏŞƏR ƏSƏD OLMASA İDİ SURİYA XALQI MÜTLƏQ XOŞBƏXT OLARDI.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol