BU “ŞAH SARAYI” POLİS RƏİSİNİNDİR? – “Sahibkarlardan pul yığmıram” (FOTOLAR)

Tovuz rayonundan olan bir qrup sahibkar rayonun Polis Şöbəsinin rəisi Şirzad Əsgərovdan şikayətçidir.

“AzPolitika.info” xəbər verir ki, adları çəkilməyən anonim sahibkarlar criminal.az saytına şikayətlərində polis rəisi Şirzad Əsgərovun rayonda özünə dəbdəbəli villa tikdirdiyini və tikinti xərclərini də sahibkarlara ödətdirdiyini iddia ediblər.

''Şirzad Əsgərov polis şöbəsinin işçilərini və sahibkarları bezdirib. Deyilər ki, rəisin evi tikilib qurtarsa, rahat nəfəs alardıq. Hər həftə evin tikilməsi üçün hamıdan pul yığır''.

Polis rəisi isə sözügedən sayta açıqlamasında ittihamları rədd edib və bildirib ki, deyilənlər böhtandır: "İlk olaraq deyim ki, mən villa tikdirmirəm və sahibkarlardan da pul yığımıram. Əgər ev tikdirsəm belə, sahibkarlardan pul yığmaram. Kimsə gəlib desin ki, Şirzad Əsgərov ondan bir qəpik alıb, bir kisə sement istəyib. Nə vaxtsa ev tikdirsəm belə, ona görə kimisə incitmərəm, ah-nalə ilə tikdirilən evdə yaşamaq olar?"

Təqdim olunan fotolardan isə belə görünür ki, söhbət adi villadan yox, əməlli-başlı “şah sarayı”nın tikintisindən gedir.

635x100

Şərhlər

mirselim ismayilov 2019-09-02 14:46:08

polis özüne tikdirirse eladi, vay o güne ki, mewuqesine tikdire

Kohneye Tovuzludan 2019-09-02 14:46:08

Muftexorlara verdiyimiz darmovoy sementler bashdashi olsun

Kohne 2019-09-02 14:46:08

Kimdən bir kise sement almişam gelsin desin.Gelsin sonra da görsün gününü.Kim gələr.Kefini cek ey.Her yer boşluqdu.

omar 2019-09-02 14:46:08

Bu bədbəxtlər hələ də başa düşmürlər ki,o boyda saraylarda yaşamağa ömürləri çatmayacaq.Bir otaqda yeyisən.birində yatırsan,lap qonaqlar üçün de əlavə 2 otaq,ay görməmiş o boyda sarayı neynirsən?

TAMİLLA ÇƏLƏBİYEVA 2019-09-02 14:46:08

Cəzasızlıq mühitinin yaratdığı fəsaddır belələrinin bir neçəsi ciddi cəzalansa digərləri rəiyyətin qanını sorub imarətlər yaratmağa qrxarlar

Belə olmalıdır 2019-09-02 14:46:08

Stalinin sevimli müharibə qəhrəmanlarından olan marşal Rokossovski müharibədən sonra özünə böyük bağ evi tikdirir. Ev hazır olandan sonra o böyük ziyafət təşkil edir. Stalinin də iştirak etdiyi ziyafət səhərə kimi davam edir. Səhər qonaqları yola salanda Stalin Rokossovskiyə deyir: - Konstantin Konstantinoviç yetim uşaqlar üçün belə bir ev tikdiyinə görə sənə şəxsən öz təşəkkürümü bildirirəm. Səhərisi gün marşalın öz təklifi ilə bağ evi uşaq evi kimi fəaliyyətə başlayır. Sonradan Rokossovski özünə kiçik bağ evi tikir. Ancaq bu dəfə ziyafət təşkil etmir...

Tovuzlu 2019-09-02 14:46:08

Burnunnan gelsin bizim gohumun tikinti materiallari magazasinnan yarim ton pulsuz sement goturub. Faktimiz subutumuz da var. Boynuna ish goyurdu yoxsa. Icra hakimi de onun tayidir. Onun villasi bununkinnen de boyukdur.

ilqar 2019-09-02 14:46:08

ay sen olesen senindi her kun orada ne kesitsen bes

Son yazılar