Menu

Rusiya Təhlükəsizlik Şurasının katibi sabah Azərbaycana gələcək

03.09.2019, 11:52
Rusiya Təhlükəsizlik Şurasının katibi sabah Azərbaycana gələcək

Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev sentyabrın 4-də Azərbaycana gələcək.

"Report" TASS-a istinadən xəbər verir ki, səfərdə məqsəd Rusiya və Azərbaycan arasında təhlükəsizlik üzrə məsləhətləşmələr aparmaqdır.

"Sentyabrın 4-də Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev Azərbaycana səfər edəcək. O, Bakıda Azərbaycan Təhlükəsizlik Şurasının katibi Ramil Usubov və bir sıra nazirlik və idarələrinin nümayəndələri ilə Rusiya-Azərbaycan təhlükəsizlik müşavirələri keçirəcək", - Rusiya Təhlükəsizlik Şurasının Mətbuat xidmətinin açıqlamasında bildirilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol