Menu

Vaqif Əsədovun qardaşı oğlu Avropada fərqləndi - VİDEO - FOTOLAR

03.10.2019, 15:08
Vaqif Əsədovun qardaşı oğlu Avropada fərqləndi - VİDEO - FOTOLAR

Avropa Şurası azərbaycanlı yeniyetməni mükafatlandırıb

Fransada Avropa Şurasının 70 illiyi münasibətilə təntənəli mərasim keçirilir. 

Report-un Fransa bürosu xəbər verir ki, Strasburq Opera Evində baş tutan tədbirdə Avropa Şurasının baş katibi Mariya Peyçinoviç-Buriç, Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sədri Lilian Mori Paskye, Fransa prezidenti Emmanuel Makron və digər rəsmi şəxslər iştirak edirlər.

Mərasimdə “Gələcəyin avropalısını necə təsəvvür edirəm“ inşa müsabiqəsinin iştirakçıları da mükafatlandırılıb. Onların arasında azərbaycanlı yeniyetmə Vahid Əsəd də var. O, inşa müsabiqəsinin qalibi seçilib.

V.Əsədə mükafatı İnsan hüquqları üzrə Avropa Məhkəməsinin prezidenti Linos-Alexandr Sisilyano (Linos-Alexandre Sicilianos) təqdim edib.

Qeyd edək ki, Vahid Əsəd Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədovun qardaşı oğludur.

Biz də Vaqif müəllimi təbrik edir, Vahid Əsədə yeni uğurlar arzulayırıq.

1

1

1

1

1

1

Şərhlər

Müəllim 2019-10-03 15:08:18

Vahidi təbrik edir,uğuruna sevinirik.Arzu edirik ki,uğura doğru əmisi Vaqif müəllimin tez-tez təklif etdiyi alernativ yollarla yox,elə düz yolla getsin

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol