Menu

Bakıda sürət qatarının vurduğu qadın xəstəxanada ölüb

11.10.2019, 10:37
Bakıda sürət qatarının vurduğu qadın xəstəxanada ölüb

Oktyabrın 2-də Keşlə Dəmiryolu stansiyasının yaxınlığında maşinist Ruslan Əhmədovun idarə etdiyi Lokomotiv deposuna məxsus "Stadler -EŞ2-0192"saylı Bakı-Sumqayıt istiqamətdə hərəkətdə olan zaman Bakı şəhər sakini 1986-cı il təvəllüdlü Tacirə Süleymanlını vurub.

Yaralı xəstəxanaya yerləşdirilib.

Həkimlərin səyinə baxmayaraq, o, oktyabrın 10-da ölüb.

Faktla bağlı Cinayət Məcəlləsinin 263.2-ci (yol nəqliyyat hadisəsi törətmə, zərərçəkmişin ölümünə səbəb olma) maddəsi ilə cinayət işi başlanıb. /APA

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol