Menu

“Müttəfiqlərimizin bizimlə həmrəy olmasını istəyirik” - Çavuşoğlu

11.10.2019, 13:52
“Müttəfiqlərimizin bizimlə həmrəy olmasını istəyirik” - Çavuşoğlu

“NATO-nun baş katibi Yens Stoltenberqi Türkiyə ordusunun Suriyanın şimalında həyata keçirdiyi hərbi əməliyyatlar barədə məlumatlandırmışıq”.

APA-nın xəbərinə görə, bunu Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu Türkiyədə səfərdə olan NATO baş katibi Yens Stoltenberqlə birgə keçirdiyi mətbuat konfransında deyib.

Ölkəsinin terrorizmə qarşı ardıcıl və qətiyyətli şəkildə mübarizə apardığını vurğulayan M. Çavuşoğlu qeyd edib ki, müttəfiqlərinin bu məsələdə Türkiyə ilə həmrəylik nümayiş etdirməsini istəməkləri onların ən təbii haqqıdır. “Türkiyənin təhlükəsizliklə bağlı müəyyən qayğıları var” – demək bəs etmir. Biz bu həmrəyliyi konkret şəkildə hiss etmək istəyirik”.

Şərhlər

Bashirov Qarib 2019-10-11 13:52:33

Azərbaycan XIN nəhayət ki, terrorizmə qarşı mubarizəni dəsdəkləyən bəyanatı vardi.Lazım idi ki, ilk gundən bu bəyanat veriləydi. M.Çavuşoglunun təkidli çagırışından sonra da bu zəif bəyanat qənaətbəxş deyil.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol