Menu

Azərbaycan və Ermənistana səfər edən jurnalistlərin adları açıqlandı – SİYAHI

23.11.2019, 20:04
Azərbaycan və Ermənistana səfər edən jurnalistlərin adları açıqlandı – SİYAHI

Dağlıq Qarabağ və Gəncəyə kimlər gedib?

Noyabrın 17-dən 21-dək Ermənistandan və  separatçı Dağlıq Qarabağ rejimini təmsil edən jurnalistlərinin Azərbaycana,  Azərbaycandan olan jurnalistlərin də Ermənistan və Dağlıq Qarabağa qarşılıqlı səfərləri baş tutub. Bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb. 

Məlumata görə,layihə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin razılığı və Ermənistan və Azərbaycan Xarici İşlər nazirliklərinin iştirakı ilə həyata keçirilib. 

Azərbaycanlı jurnalistlər Dağlıq Qarabağa, ermənilər isə Gəncəyə gediblər. 

Ermənistandan Bakıya “Şant” TV-nin icmalçısı Artyom Yerekyan, “Mediamks” İA-nın baş redaktoru David Alaverdiyan, və separatçı rejimin “İTV-”s-nin əməkdaşı Edqar Elbakyan gəlib.

Azərbaycandan isə Ermənistana “Trend” Agentliyinin baş redaktoru Elçin Vəliyev, 1nyus.az saytının müxbiri Elşən Rüstəmov və “Vestnik Qafqaza-Azerbaycan”ın müxbiri Orxan Elçuev gedib. Hər iki tərəfi təmsil edən jurnalistlər ictimai qurumlarla, həmkarları ilə görüşüblər, şahmat məktəbində olublar. (Azpost.info)

Şərhlər

Azər 2019-11-24 16:57:00

100 illərdir bizə divan tutan indi də cavanlarımızın qanını içən yağı düşmənlə necə bizi barışdırmaq olar?

t.ədalət 2019-11-23 21:30:29

Damarlarından Vətən qanı axanlar bu oyuna qoşulmazlar.Belə çıxır ki,torpaqlarımız işğal altında ola-ola bu "jurnalistlər" düşmənlə öpüşürlər.Xainlərə qoşulanlarla Vətəni qorumaq olmaz!Bilmək maraqlıdır ki,bu adamlar ermənistana getməklə nəyə nail olmaq istəyirlər?ermənistanda sülənmək yoix,Vətən və torpaq uğrunda ölmək lazımdır!

Vətəndaş 2019-11-23 20:13:59

Ermənilərin əsrlərlə bizə tutduğu divanlar yaddan çıxıb. Bəs bizim indiki şəhidlərimizin qanı ruhu da yaddan çıxdımı. Qaniçən düşmənimiz indi də hər gün cavanlarımızın qanını içir. ....................

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol