Menu

İran yeni HHM sistemini sınaqdan keçirib - Mehr agentliyi

25.11.2019, 00:18
İran yeni HHM sistemini sınaqdan keçirib - Mehr agentliyi

«AzPolitika.info» İran KİV-ə istinadla xəbər verir ki, ölkənin şimalındakı Semnan əyalətində Hava-Hücumundan Müdafiə (HHM) hərbi təlimləri keçirilir. Bu çərçivədə yeni HHM sistemi də sınaqdan keçirilib.

«Mehr» agentliyinin verdiyi xəbərə görə, İranın öz istehsalı olan «Xordad-15» sistemi 120 kilometrlik məsafədən hava hədəflərini aşkarlama və izəmə imkanlarını uğurla otaya qoyub.

Bu sistemin fərqləndirici xüsusiyyətlərindən biri də eyni vaxtda 6 hədəfi «tutmaq» və yüksək dərəcədə mobilliyidir. Belə ki, hədəfi vurmaq üçün sistemə 5 dəqiqə kifayət edir.

Ən yeni HHM sistemi iyun ayında təqdim olunub, ancaq real müharibə şəraitində yoxlamaq üçün sınaqları noyabra qədər təxirə salınıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol