Menu

Şahin Əliyev PA-da yeni yaradılan şöbənin müdiri təyin edilib

29.11.2019, 18:06
Şahin Əliyev PA-da yeni yaradılan şöbənin müdiri təyin edilib

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında yeni şöbə yaradılıb.

"Report" xəbər verir ki, yeni şöbə Hüquq ekspertizası şöbəsi adlanır.

Prezident İlham Əliyevin sərəncamı ilə Şahin Məhərrəm oğlu Əliyev Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq ekspertizası şöbəsinin müdiri təyin edilib.

Xatırladaq ki, Ş.Əliyev Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsinin müdiri vəzifəsini icra edib.

Şərhlər

yalçın 2019-11-29 22:46:18

heç nə..

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol