Azərbaycanda sosial müavinətlər haqqında qanun dəyişdirilir.
Qanunun 1.0.2-ci maddəsinə təklif edilən dəyişikliyə görə, 62 yaşına çatmış qadınlar; 67 yaşına çatmış kişilər; 3 və daha çox uşaq doğub 18 yaşınadək tərbiyə etmiş, yaxud sağlamlıq imkanları məhdud övladını 18 yaşınadək tərbiyə etmiş 57 yaşına çatmış qadınlar; eləcə də, ana vəfat etdiyinə, yaxud analıq hüququndan məhrum edildiyinə görə 3 və daha çox uşağı və ya sağlamlıq imkanları məhdud övladını növbəti nikah bağlamadan təkbaşına 8 yaşınadək böyüdən 62 yaşına çatmış kişilər Sosial müavinət ala bilməyəcəklər.
Eləcə də bax: Qeyri-rəsmi işləyənlər, evdar xanımlar illik 120 manat haqq ödəyəcək Qeyd edək ki, bu şəxslərə ödənilən müavinətin məbləği 130 manat təşkil edirdi. /fed.az


Şərhlər
xalqın rifah halını yaxşılaşdırmaqdan daha da pisləşdirirsiz
Azərbaycanda əhalinin və hərbi xidmətə gedənlərin sayını azaltmaq ermənilərin çoxdankı arzusu idi.Bu qanun da ona xidmət edir.Vəzifələrdə anası ermənilərin sayı artdıqca hər şey ermənilərin xeirinə dəyişir.