Menu

İranla nüvə sazişindən imtina edin! - Pompeo Avropaya çağırış edib

04.12.2019, 00:05
İranla nüvə sazişindən imtina edin! - Pompeo Avropaya çağırış edib

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Amerika Birləşmiş Ştatları (ABŞ) bir neçə il bundan əvvəl İranla bağlanmış nüvə sazişini effektli hesab etmir. Bu barədə ABŞ Dövlət Departamentinin başçısı Mayk Pompeo bəyan edib.

Məlum olduğu kimi, Birləşmiş Ştatlar ötən ilin mayında sözügedən sazişdən birtərəfli qaydada çıxıb.

Dövlət katibi avropalı həmkarlarını – Britaniyanı, Fransanı və Almaniyanı Vaşinqtondan nümunə götürməyə çağırıb.

Onun sözlərinə görə, Avropa İttifaqı (Aİ) ölkələrinin Birgə hərtərəfli fəaliyyət planında (BHFP) bundan sonrakı iştirakı məhsuldar olmayacaq.

Kentukki institutunda çıxış edərkən, Pompeo həm də İrana qarşı sanksiyalar tətbiq etməyi Avropaya məsləhət bilib və ABŞ-ın əks-tədbirlərini xeyli məhsuldar adlandırıb.

Xatırladaq ki, ABŞ-ın sanksiyaları səbəbilə, İran mərhələ-mərhələ nüvə sazişindəki öhdəliklərini ixtisar edir və bu zaman Aİ ölkələrindən öz öhdəliklərini yerinə yetirməyi istəyir. Almaniya, Fransa, Britaniya isə sazişi qüvvədə saxlamağa can atırlar və paralel olaraq, Tehran və Vaşinqtonla danışıq aparırlar.

Şərhlər

Aqa 2019-12-04 11:15:19

Ğec-Tez İRAN nüvə silahına sahib olacaq.BU zamanın tələbidir.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol