“O şəxs indi Azərbaycanın az qala üçdə birini "yeyir"...” – “Heydər Əliyev dedi onu partiyaya dəvət et...”

“Bakı-Xəbər” qəzetinin baş redaktoru, 1992-1998-ci illərdə YAP-ın üzvü olmuş Aydın Quliyev özünün “feysbuk” səhifəsində Heydər Əliyevin anım günüylə bağlı maraqlı status paylaşıb.

“AzPolitika.info” xəbər verir ki, A.Quliyev həmin statusunda Heydər Əliyevlə bağlı bir xatirəsini bölüşür və hazırda böyük imkanlara malik, “Azərbaycanın az qala üçdə birini "yeyən”” hansısa şəxsin 1992-ci ildə Heydər Əliyevin çağırışına mənfi cavab verdiyini xatırladır. Lakin A.Quliyev, böyük ehtimalla, hazırda da yüksək mənsəb sahibi olan həmin şəxsin adını çəkmir.

A.Quliyevin statusunu təqdim edirik: “1991-92-ci illərdə çox az sayda insanlar Heydər Əliyevin Azərbaycana gərəkliyini görüb onu müdafiə edəndə, indi bayağı təriflərlə gözə girmək üçün sıraya düzülənlərin mütləq əksəriyyəti onun yanından qaçırdı, yanında durmurdu, işinə mane olurdu, əleyhinə yazırdı, yazdırırdı, suyun şırıltısına qulaq asırdı, parlamentdə "reqlament" deyirdi və s. 1992-ci ilin noyabrında mənə dedi ki, filan ziyalını partiyaya dəvət et, yazılar yazsın, xalqın ağır günündə susmasın. Mən dedim və "belə şeylərə qarışmaq istəmirəm "cavabını aldım.

O şəxs özü və qohum-əqrəbəsi indi Azərbaycanın az qala üçdə birini “yeyir”...

Bütün hallarda Heydər Əliyev böyük şəxsiyyət idi...”

Maraqlıdır, “Azərbaycanın üçdə birini “yeyən”” bu şəxs kimdir?...

Vaqif Nəsibov 

AzPolitika.info

635x100

Şərhlər

oleq 2019-12-12 17:39:02

ramiz

Davud 2019-12-12 15:23:12

Putin

Mirzə AĞ 2019-12-12 14:50:54

Ox atıb, yay gizlətmək nəyə lazlm?! Yoxsa ki, demokratiya elə bundan ubarıtdir?..

ilqar 2019-12-12 14:36:30

adini de yoxsa

ilqar 2019-12-12 14:35:48

adini de yoxsa

Son yazılar