Çingiz Mustafayev adına radiostansiya satışa çıxarılmayacaq - AÇIQLAMA (Yenilənib)

“Milli Televiziya və Radio Şurası tərəfindən müsabiqəyə çıxarılan istənilən tezlik müxtəlif səbəblərdən dəyişdirilə bilər. Həm də belə dəyişmələr istənilən vaxt, hətta tezliyin ayrıldığı andan çox keçməmiş də baş verə bilər”.

Bu barədə APA-ya Milli Televiziya və Radio Şurasının (MTRŞ) Texniki nəzarət şöbəsinin müdiri İsa Məmmədov bildirib.

Onun sözlərinə görə, tezliklərin dəyişdirilməsinin səbəbləri kimi ayrılmış tezlikdə maneələrin (interferensiyaların) yaranması, tezliklərin bölgələr üzrə uyğunlaşdırılması, onda bir meqahers tezlikləri cüt rəqəm olan tezlikdən tək rəqəm olan tezliyə keçilməsi və s. ola bilər: “Şura tərəfindən hər il 6...10 FM yayımının işçi tezliyi və ya TV yayım kanalı dəyişdirilir. Azərbaycan Respublikasında tezliklərə Dövlət Radiotezliklər Komissiyası tərəfindən nəzarət olunur, MTRŞ ayrılmış diapazondan istifadəyə yararlı boş olan tezliklərdən birini müsabiqəyə çıxarır. FM radio yayımı bütün dünyada 88...108 MHs tezlik diapazonunda aparılır”.

İ. Məmmədov deyib ki, istənilən halda hər hansı yayımçı tezliyin sahibi sayıla bilməz: “Rəqəmli radio yayımı tətbiq olunduqda bir işçi tezlikdə 10...12 radio proqramı yayımlanır. Bu halda yayımçılardan hansı həmin tezliyin sahibi sayılmalıdır? Yayımçı öz radio və ya televiziya şirkətinin sahibidir. Yeri gəlmişkən qeyd edim ki, hazırda Bakı şəhəri və Abşeron yarımadası ərazisində müsabiqəyə çıxarılan 102,0 MHs işçi tezliyi də yuxarıda qeyd olunan səbəblərdən biri – onda biri tək rəqəm olan tezliyə keçmək məqsədilə 102,1 MHs-ə dəyişdirilə bilər".

Qeyd edək ki, MTRŞ milli reportyor məktəbinin qurucularından biri olan Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayevin adı ilə bağlı radio-tezliklərin satılması üçün tender elan etmək barədə qərar qəbul edib.

Əfsanəvi FM-102 ÇM bir vaxtlar ölkədə ən populyar radio stansiya idi. Radio-tezliklərin satılması ilə bağlı tender barədə məlumat ölkə ictimaiyyətində ciddi narahatlığa səbəb olmuşdu.

Tezliklə məlum olmuşdu ki, tenderdə iştirak etmək və sonradan öz radiosunu açmaqdan ötrü Real TV müraciət edib. Mirşahinin bu hərəkti ictimaiyyət tərəfindən nifrətlə qarşılanıb. Buna baxmayaraq o, Çingiz Mustafayevin adı ilə bağlı radio-tezli almaqda israr edirdi. Ancaq görünür, hökumət ictimaiyyətin mənfi reaksiyasını nəzərə alaraq, Mirşahinə başqa tezlik vermək qərarına gəlib.  

Jurnalistlərə, həmçinin bəlli olmuşdu ki, Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayevin qardaşı Seyfulla Mustafayev radio-tezliklərin satışı üzrə tenderdə sonradan iştirak üçün “İNS ÇM” MMC təsis edib.

635x100

Şərhlər

Azer 2019-12-14 16:53:42

Mirshahin yox ....

Son yazılar