Türkiyə ABŞ-ın hindilərə qarşı etnik təcavüzünü soyqırım kimi tanıya bilər

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, ABŞ Senatının qondarma "erməni soyqırımı"nı tanınmasına cavab olaraq Türkiyə Böyük Millət Məclisi ABŞ-ın müstəmləkə siyasəti vaxtı hindilərin soyqırımı haqqında qətnaməni qəbul edə bilər.

"Report" xəbər verir ki, bu barədə dövlət başçısı "A Haber" telekanalının efirində deyib.

"Biz 1915-ci ilin hadisələri haqqında milyondan çox sənədi açdıq. Gəlin, araşdırın. Əllərimizdəki sənədlərlə danışırıq. Biz həmçinin sizə qarşı parlamentimizin eyni qərarları ilə çıxmalıyıq. Və biz bu edəcəyik. Bəs Amerika haqqında danışanda hindilər barəsində susmaq olar? Bu ABŞ tarixində biabırçı səhifədir", - "A Haber" telekanalının efirində dövlət başçısı bildirib.

Qeyd edək ki, ABŞ Konqresinin Senatı cümə axşamı qondarma "erməni soyqırımı"nın tanınması zərurəti haqqında qətnaməni qəbul edib.

Xatırladaq ki, ABŞ müstəmləkəçilik siyasəti zamanı Şimali Amerikanın minlərlə yerli sakinini qətlə yetirib, bəzilərini isə qul kimi satıb. Aborigenlər habelə rezervasiyalara - yaşamaq üçün məhdudlaşdırılmış zonalara sıxışdırılıblar.  

635x100

Şərhlər

t.ədalət 2019-12-16 01:36:03

Bəzi yəhudilərin anti-müsəlman mövqeyi dünyanı məhvə doğru aparır.Onların bu iyrənc hərəkətləri sonda özləri üçün də faciə ilə nəticələnəcək.Bu oyunlar Türkiyəni sarsıtmayacaq.Əksinə bvir az da ucaldacaq.ermənilər kimi cılız bir qövmlə birləşib olmayan şeyi qabartmaq,bəlkə də elə axmaqlıqdan yaranır..

Son yazılar