"Qarabağ probleminin həllində yeni resept tapmaq çətindir" - ATƏT-də daimi nümayəndə

"Qarabağ probleminin həllində yeni resept tapmaq çətindir".

"Report"un Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiyanın ATƏT-dəki daimi nümayəndəsi Aleksandr Lukaşeviç "Rossiya Seqodnya" informasiya agentliyində keçirilən mətbuat konfransında deyib.

"Dağlıq Qarabağ probleminin həlli 100% ATƏT-in fəaliyyət dairəsindədir. Əlbəttə, danışıqlarda deyilən kəskin bəyanatlar ev hazırlığıdır. Amma mən inanıram ki, addım-addım irəliləyəcəyik. Və gözlənilən nəticəyə gələcəyik" - deyə o, bildirib.

635x100

Şərhlər

Qarabağ İcması 2019-12-17 07:23:29

İşğalçıya BMT qətnaməsinin icra təpkisii yeganə həll yoludur.

Son yazılar