MƏMMƏDYAROVUN ABŞ-da MİLYONLUQ MƏNZİLLƏRİ ÜZƏ ÇIXDI - Oğlanları Nyu-Yorkun ən bahalı bölgəsində yaşayır + FOTOLAR

"Xarici işlər naziri Elman Məmmədyarovun 31 yaşlı oğlu Emin Məmmədyarov 2015-ci ilin iyulunda Nyu-Yorkun Manhetten səmtində, Linkoln meydanı yaxınlığında sahəsi 118,45 kvadrat metr (1275 kvadrat fut) olan mənzil alıb. Bunun üçün o mənzilə 2 050 000.00 dollar ödəyib". 

AzPolitika.info xəbər verir ki, bu barədə araşdırmaçı jurnalist Cavanşir Həsənli öz "facebook" səhifəsindən paylaşdığı yazıda məlumat verib.

Mənzilin alınmasına dair sənədləri və yerləşdiyi binanın şəkillərini də paylaşan jurnalist daha sonra qeyd edib:

"Mənzil Nyu Yorkun Riverside Boulevard 120 ünvanındakı elitar binadadır və nazirin oğluna Fox Ledge LLC və Silver Fox Manhatten LLC əmlak şirkətləri tərəfindən satılıb. Mənzilin 2009-cu ildə dəyəri 1 792 000.00 dollar olub.

Elmar Məmmədyarovun digər oğlu Riyad Məmmədyarov da Nyu-Yorkda, 189 W 89th St #12D ünvanındakı göydələnlərin birində yaşayır. 

Nazirin xanımı Kamilə Məmmədyarova da ilin əsas hissəsini ABŞ-da oğlanlarının yanında keçirir və Riyad Məmmədyarovun yaşadığı mənzildə müvəqqəti qeydiyyatdadır".

Qeyd edək ki, bu yay Elmar Məmmədyarovun oğlu Riyad Məmmədyarovun Nyu-York şəhərində toyu olub. Riyad Məmmədyarov Aleks Zapalla adlı əcnəbi xanımla ailə həyatı qurub.

Onu da qeyd edək ki, Elman Məmmədyarovun oğlanlarının hansısa bizneslə məşğul olduğuna dair məlumat yoxdur. 

Bu baxımdan onların Nyu-Yorkun Manhetten səmtində hər birinin dəyəri 2 milyondan artıq olan evləri necə aldıqları sualı açıq qalır. Hər halda Elman Məmmədyarovun nazir kimi maaşı da buna imkan vermir. Hətta Tağı Əhmədov kimi 40 il yeməyib,içməyib maaşını yığsa belə...

635x100

Şərhlər

Gülka 2020-01-09 16:27:46

Gəz dolan kafe restoran papanın gül balası.... Kilsədə evlənir. kişidi bu... O boyda zəhmətkeş oğul Zukkerberq deyir ki, mən 200$-a sumka almaqdansa 50$-a alaram 150$ cibimdə qalar. Hələ özü qazana-qazana. Bu öıkənin varını paylayır sağa sola əjdadlarından miras qalıb elə bil.

Türk 2019-12-22 20:08:50

Bunun ......

Demoqoq 2019-12-22 19:34:47

Hə, nazor cənabları islahat görüntüsü məqsədilə bir dənə inspeksiya adlı qurum da yaradıb, bu inspeksiyanın ağzı heç qatıq da kəsə bilmir, al-ver isə davam etməkdədir, zatən xin al-ver üzərində qurulub.

Vətəndaş sorğusu 2019-12-22 14:28:39

Bəs nazirlərin belə əməllərinə niyə yol verilir?

t.ədalət 2019-12-21 12:59:26

Azərbaycanın sərvətlərini gözümüzün önündə ermənilərin qohum-əqrəbası talan edir.Yazıq Vətən!....Məmur eşalonunun içində ermənilərlə bulaşıq qanlı olanlarla olması,üstə gəl separatçı kürdlərin gizli fəaliyyəti hesabına yaranmış vəziyyət--torpaqlarımızın azad edilməsinə imkan vermir....Məmurların işində də,müxalifətdə də Vətənimizə yad olanlar çoxdur.

Yadelli qanunu 2019-12-20 20:08:39

Qospodin Oblomov, voobşe, ELoğlu varmı?

Ayka ayka ayka 2019-12-20 18:56:49

Bu da bizim nazirimiz-hamsi bir bezin qiragidir....

Elser ElI yev. 2019-12-20 15:02:06

Şofer

Adam Olear 2019-12-20 01:01:20

Məmmədyarovun bütün işllərini onun mühaaibi Lamiyə bilir. Lamiyənin də anası..... özü də əslən ermənistanlıdır, lermontov kəndində doğulub, bu kənddə əhali ermənilərlə qarışıq yaşayıb və erməniləşibmiş...

eloqlu 2019-12-19 16:57:35

buda bizim nazir derdeee

kamran 2019-12-19 10:46:28

Yəqin ki ermənilərdən aldığı rüşvət hesabına o mənzilləri əldə edib.

vidadi 2019-12-19 09:02:34

metamorfoza

Tahir 2019-12-19 08:58:52

Əlisi dəli, vəlisi dəli qırılmışın hamısı dəli (Yəni KORRUPSİONER) Baxanda üzdən fagıra oxşayır.Ay səni fagır ilan vursun haaaaa....

mahdi 2019-12-19 08:31:38

bu insan qarabaq siz inanın.....

eloqlu 2019-12-19 08:14:53

Bu adamin oqullari amerikada ) azerbaycanca danisha bilmir ) bunnan ne veteni seven olar hiyyy? bu nece xi naziridi hiyyy ? bu nece milleti seve biler axi ? Kasib qarabaqda vurushur bununkilarsa orda keeef edir) nece ola biler axi bele olsun

eloqlu 2019-12-19 06:24:41

İİ

Qarabağlı 2019-12-19 03:00:33

Siyasi mütilik oğulların fərasətinə xələl yetirməyib!?

Oblomov -təhqir olunmuş insan) 2019-12-19 02:37:56

Burada qəribə bir şey yoxdur, Azərbaycanın xaricdə 80-ə yaxın diplomatik nümayəndəliyi vardır, baş konsul, səfir və ya daimi nümayəndə olmağın "tas"ı vardır, "tas" Məmmədyarov cənablarına şəxsən ödənilir, özü şəxsən kabinetində alır. Üstəlikdə, xarici siyasət və dövlət büdcəsi vardır, onun da necə "xərclənməsini" nazir cənabları müəyyən edir. Odur ki, Siz yalnız piramidanın bir hissəsinə bələdsiniz. Cənab nazirin Bakıdakı tikinti biznesinden, Dubaydakı alver şəbəkəsindən və ya Bakıdakı qohumlarının onun himayəsi ilə həyata keçirdiyi biznesden də aya bilərsiniz. Nazirlikdəki Kadrlar İdarəsi vasitəsi ilə yığılan töycü, mükəliyyat və digər "vergi" növləri isə nazir cənabları üçün "kiçik cibxərcliyi"dir.

Oblomov -təhqir olunmuş insan) 2019-12-19 02:35:57

Burada qəribə bir şey yoxdur, Azərbaycanın xaricdə 80-ə yaxın diplomatik nümayəndəliyi vardır, baş konsul, səfir və ya daimi nümayəndə olmağın "tas"ı vardır, "tas" Məmmədyarov cənablarına şəxsən ödənilir, özü şəxsən kabinetində alır. Üstəlikdə, xarici siyasət və dövlət büdcəsi vardır, onun da necə "xərclənməsini" nazir cənabları müəyyən edir. Odur ki, Siz yalnız piramidanın bir hissəsinə bələdsiniz. Cənab nazirin Bakıdakı tikinti biznesinden, Dubaydakı alver şəbəkəsindən və ya Bakıdakı qohumlarının onun himayəsi ilə həyata keçirdiyi biznesden də aya bilərsiniz. Nazirlikdəki Kadrlar İdarəsi vasitəsi ilə yığılan töycü, mükəliyyat və digər "vergi" növləri isə nazir cənabları üçün "kiçik cibxərcliyi"dir.

Anar 2019-12-19 00:15:15

Sonra deyirlər AZərbaycan varlı ölkədir.108 kv.az deyil?t

Son yazılar