Menu

Jirinovski Bakıya gəldi - Oqtay Əsədov sabah onu qəbul edəcək

25.09.2014, 17:37

jirinovski“Bu gün Rusiyanın Sosial-Demokrat Partiyasinin sədri Vladimir Jirinovski Azərbaycana səfərə gəlib. Səfər zamanı o, Milli Məclisin sədri Oqtay Əsədovla da görüşəcək”.

Bunu Modern.az-a Milli Məclisin mətbuat katibi Akif Təvəkküloğlu deyib.

Akif Təvəkküloğlunun sözlərinə görə, Jirinovskinin bir çox yerlərdə görüşü gözlənilir:

“Təbii ki, görüşdə iki ölkə arasında dostluq qruplarının üzvləri də iştirak edəcək. Jirinovski Bayraq meydanına gedəcək, Fəxri xiyabanda, Şəhidlər xiyabanında olacaq. Onun rusdilli məktəblərə baş çəkəcəyi də gözlənilir”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol