NOVRUZ MƏMMƏDOVUN İSPANİYADA MİLYONLUQ MƏNZİLİ ÜZƏ ÇIXDI - Foto

Rusiyalı jurnalistlər İspaniya Krallığının Alteya şəhərində Azərbaycanın keçmiş Baş naziri Novruz Məmmədova məxsus əmlakı aşkar ediblər.

Bu haqda BAKU.WS "Novaya qazeta" nəşrinə istinadla məlumat yayıb.

Nəşrin yazdığına görə, Novruz Məmmədov İspaniyadakı elit kompleksdə Rusiya Patriarxlığının xarici əlaqələr şöbəsinin rəhbəri mitropolit İlarionla qonşudur.

Qonşuların dediyinə görə, İlariona bahalı mənzili hədiyyə ediblər. Repetidor küçəsindəki mənzillərin ümumi sahəsi 235 kv. metrdən çoxdur və qiyməti (2011-ci ildə) 950.000 avro təşkil edir.

Qeyd edək ki, mitropolit İlarionun Novruz Məmmədovdan başqa məşhur müğənni Tamara Qverdtsiteli, rejissor və televiziya aparıcısı Yuli Qusman, prodüser Timur Vaynşteyn, ukraynalı iş adamı Yuri Aptekar və digərləri qonşuluğunda yaşayır.

635x100

Şərhlər

elxan 2020-01-20 11:21:06

Bədbəxt xalq dövlətin millətinə ayirdiği pulllar xarici öıkələrdə yatir. Biz isə ölkədəacindan

vuqar 2019-12-23 23:14:21

Bu hele HOKUMETIN yaxsisidi birazda derinden arasdirsalar inaniramki yeni-yeni mal-mulkler cixar ortaliga!

Həmid 2019-12-23 20:03:20

Maşallah!

Mirzə AĞ 2019-12-23 19:54:08

Bu da "yeriməz"!

t.ədalət 2019-12-23 19:43:55

.....Yəqin xristian qohumlarının əli ilə özünə mülklər alıb..

Son yazılar