Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri Qüdrət Həsənquliyevin parlament seçkilərinə hansı dairədən qatılacağı məlum olub.
“AzPolitika.info”-nun məlumatına görə, Q.Həsənquliyev Bakıdan - 36 saylı Xətai dördüncü Seçki Dairəsindən namizədliyini irəli sürüb. Partiya sədri saytımıza bu məlumatı təsdiq edib.
Xatırladaq ki, sözügedən dairəni hazırda Azərbaycanın Avropa Şurasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov təmsil edir. O, bir neçə seçki məhz bu dairədən mandat alıb. S.Seyidovun Q.Həsənquliyevə rəqib olub-olmayacağı çox böyük ehtimalla sabah məlum olacaq. Hakim partiyanın öz namizədlər siyahısını məhz sabah açıqlayacağı gözlənilir.
Qeyd edək ki, Qüdər Həsənquliyev sonuncu seçkidə Naxçıvan Muxtar Respublikasından (NMR) - 7 saylı Ordubad-Culfa Seçki Dairəsindən millət vəkili seçilmişdi. Mediada yayılan xəbərlərə görə, bu dəfə həmin dairədən Azərbaycan Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov namizəd olacaq.
F.Heydərov uzun müddət Qəbələ rayonunu Milli Məclisdə təmsil edib.
“AzPolitika.info”

Şərhlər
Dövləti, xalqı dolamayın. Özünüzü buraxmısınız MMi tərk edin!
Naxçıvanlı Bakının Xətai rayonundan necə deputatlığa namizəd verilə bilər.Əgər saxtakarlıq nəzərdə tutulmursa qoy elə doğulub böyüdüyü Naxçıvandan namizəd olsun.Bu doğru olar.Yoxsa Naxçıvanlını Xətai rayonunda sadə vətəndaş tanımadığı halda necə səs verə bilər? Hər namizəd doğulduğu.yaşadığı,ərazilərdən.işlədiyi müəssisələrdən namizəd irəli sürülməlidir.Yoxsa topa şəklində naxçıvanlı-Erazları Respublika rayonları üzrə namizəd göstərmək seçkilərin saxtakarlığına əvvəlcədən xəbərdarlığdır.Bu tam qanunsuz və ayıbdır.