Menu

Ukraynada Baş Prokurorluq ləğv ediləcək

26.12.2019, 22:02
Ukraynada Baş Prokurorluq ləğv ediləcək

Ukraynada 2019-cu ilin son günlərində fəaliyyətini dayandıracaq Baş Prokurorluğun əvəzinə 2020-ci il yanvarın 2-dən yeni hakimiyyət orqanı – Baş Prokurorun Ofisi işə başlayacaq.

Bu barədə “İnterfaks-Ukrayna”ya qurumun başçısı Ruslan Ryaboşapka danışıb.

“Biz öz işimizi yanvarın 2-dən başlayırıq. Həmin andan Baş Prokurorluq institut kimi fəaliyyət göstərməyəcək”, - deyə Ryaboşapka bildirib.

Onun sözlərinə görə, attestasiya və qurumun strukturunun yenilənməsindən sonra Baş Prokurorluğun 2,5 min əməkdaşından 1,5 minə yaxın insan qalacaq. 20 yanvar tarixindən isə vakant vəzifələrə əlavə seçim aparılacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol