Menu

Dəmiryolu Nəqliyyatında Polis İdarəsinə yeni rəis təyin edilib

27.12.2019, 10:24
Dəmiryolu Nəqliyyatında Polis İdarəsinə yeni rəis təyin edilib

Daxili işlər orqanlarında yeni təyinat olub.

Bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Kürdəmir Rayon Polis Şöbəsinin rəisi Sultan Zeynalov tutduğu vəzifədən azad edilərək Dəmiryolu Nəqliyyatında Polis İdarəsinin rəisi təyin edilib.

Daxili İşlər Nazirliyindən APA-ya faktı təsdiqləyiblər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol