Menu

"Hər ay pensiyamdan fonda 200 manat pul köçürməyə hazıram" - Əli Həsənov

27.12.2019, 12:23
"Hər ay pensiyamdan fonda 200 manat pul köçürməyə hazıram" - Əli Həsənov

"Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması"nın tərkibində xüsusi fond yaradıla bilər.

"Report"un xəbərinə görə, bunu Baş nazirin sabiq müavini Əli Həsənov “Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması”nın 1 illik fəaliyyətinin yekunları ilə bağlı hesabat tədbirində deyib.

O, icmanın aktiv fəaliyyət göstərdiyini qeyd edib.

Ə.Həsənov işlərin daha da genişləndirilməsi üçün “Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması”nın təkbində fond yaradılmasını təklif edib: "Şəxsən mən özüm hər ay pensiyamdan bu fonda 200 manat pul köçürməyə hazıram. Həmçinin, imkanlı şəxslər də bu fonda vəsait ayırmalı, yardım etməlidirlər. Bu, ümummili işdir. İcma beynəlxalq konfranslara getmək üçün başqa yerdən vəsait axtarmamalıdır, özlərinin vəsaitləri olmalıdır".

Şərhlər

Əli 2019-12-27 14:13:44

Bu adamın pensiyası nə qədərdir ki (ona pensiya lazımdır? Qaçqınkom rüşvətləri,yeyintilər bəs eləmir, hələ pensiya da alır?)? hətta 200 manatını hədiyyə edir.Bu hələ maaş da alır.0

Oxucu 2019-12-27 13:45:21

Deyəsən dağıtmaq üçün bir şey tapmırsız.

Azer 2019-12-27 13:30:28

Qaçkinkom Hesenov 200 manat verirse , en varli iś adami 2 manat vermeliidir. Çünki A. Hesenov en varli iś adamindan en azi 100 defe varlidir ve bu pullari ele qaçqinlardan çirpiśdirib...

tahir 2019-12-27 12:57:12

200 manat çooox böyük puldur amma xərcləməsən.Həm də bu 200 manatı Əli müəllimə heç yaraşdırmadım.Yenə 2000000, canı cəhənnəm bir Galenvagenin pulunu desəydi yaxşı olardı.Çünki onsuz da aparıb nəvələrin harasa çırpacaq, 1-2 nəfərində həyatını məhv edəcək.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol